"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Əli Kərimli KQB-nin köhnə agentidir”

16 Dekabr 2014 - 09:11
in XƏBƏR LENTİ
FacebookVatsap

Azər Əsgərov AXCP liderinin ünvanına növbəti ağır ittihamlar: “Mənə Əli Kərimlinin səs yazısını dinlətdilər, dedilər ki, gör kimə görə mülkündən keçdin” img1703647

Bunu da oxuyun

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

AXCP-nin kirayələdiyi qərargahın partlayışından sonra sökülməsindən 10 aydan artıq vaxt ötür. İndiyə qədər mülk sahibinə dəyən zərərin müqabilində heç bir kompensasiya ödənilməyib. Qərargahın sahibi Azər Əsgərov hüquqları uğrunda mübarizədə tək qalıb. Belə ki, AXCP ona heç bir köməklik göstərmir.

Bu azmış kimi, sosial şəbəkələrdə Azər Əsgərov AXCP fəalları tərəfindən vaxtaşırı olaraq, tənqid və təhqirlərə məruz qalır. Bu prosesdə AXCP rəhbərliyi də aktiv görünür.
Azər Əsgərov musavat.com-a açıqlamasında mülkünün sökülməsi ilə bağlı verdiyi şikayətə baxılmadığını bildirib: “Heç bir yenilik yoxdur. Evləri sökülən digər 3 mülk sahibinə ayda 600 manat kirayə haqqı ödənilir. Amma bu 10 ayda mənə bir qəpik də verilməyib. Ərizə də vermişəm. Baxan yoxdur. Xalq Cəbhəsinin zibilinə düşdüm. Cəmil Həsənli ABŞ-a səfərə gedib. Amma bir dəfə bildirmir ki, mülküm dağılıb. Dünya təşkilatları qarşısında bu məsələni qaldırmaq imkanları olsa da, etmirlər. Çünki onlara sərf etmir. Mənim dağıdılmış mülkümün hesabına qrant alırlar. Adını da qoyurlar ki, guya onlara terror olub. Əli Kərimli və Cəmil Həsənli qrant almaq üçün canfəşanlıq edirlər. Amerikaya da bunun üçün gedib. İndiyə qədər o, iclaslarını mülkümdə keçirirdi. Müxalifətə mülkümü verdim, bu günlərə qaldım. Onlar mülkümün hesabına pul qazanırlar. Mən də küçələrdə qalmışam”.
Mülk sahibi AXCP liderinin ünvanına növbəti ağır ittihamlar səsləndirib: “Əli Kərimli mülkümün müqabilində aldığı pulları xərcləməklə məşğuldur. Külli miqdarda pullar qazandı. Son günlərdə sosial şəbəkələrdə AXCP üzvlərinin təhqirləri bir az səngiyib. Daha çox tənqid üsuluna keçiblər. Yazdığım statusların altında Əli Kərimlini təmiz insan kimi qələmə verirlər. Cavablarını verirəm ki, o, mülkümü satıb. Necə təmiz adam ola bilər? 5-10 nəfərin beynini yeyib. İnboksuma daha çox təhqir yazırlar. Saxta profillər olur. Hamısı Əli Kərimli tərəfindən öyrədilib. Guya ki, gizli yerdə məni təhqir etməklə nəsə qazanacaqlar. Əli Kərimli mülkümün müqabilində 1 milyon 800 min manat pul alıb. Ona deyiblər ki, mülk sökülən yerə gəlmə, cəbhəçiləri buraxma. İki saat dayandıra bilsələr, mən çatacaqdım. Əşyalarımın hamısı məhv oldu”.
Azər Əsgərov ATV telekanalındakı çıxışından sonra AXCP üzvləri tərəfindən təhqirlərə məruz qalmasına da cavab verdi: “Çoxsaylı təhqirlərə məruz qaldım. Onlar adam olmadığına görə fikir vermədim. Onlara deyirəm ki, sizin ”Azadlıq” qəzeti may ayından bu yana məndən müsahibə almır. Satqın indi mənəm, yoxsa sizlər? Özünüz qiymət verin. Sizləri mülkü dağıdılanlar maraqlandırmır – yalnız hökumətdən gizli yollarla aldığınız pullar və bir də xaricdən sizə verilən qrantlar maraqlandırır. Xədicə İsmayıl Əli Kərimlinin oyunlarının qurbanı oldu. Əli Kərimlinin xarici banklarda çoxlu sayda pulları var. Ona görə ona xarici pasport vermirlər. 1997-ci ildən Türkiyədə yaşayıram. Oturum almaq çox çətindir. Mülkün varsa, 6 aylıq və bir illik oturum almaq olur. Əli Kərimli, sənin ailən Londonda necə oturum alır? Deməli, sənin xaricdə mülkün var. Onun hesabına ailən oturum alır. London kimi varlı, olduqca bahalı şəhərdə ailən hansı qazandığın pullarla yaşayır? Deməli, satqının ən böyüyü sənsən. Bunları Natiq Ədilova yazdım. Mənə var-yox söyüşü söydü. Bunların səviyyəsi bura qədərdir. Açıqca dedi ki, qrant alırıq, sənə nə? Əgər kişiliyin var idisə, ölkədə qalardın. Xaricə qaçmazdın. Məni qızışdırıb, ortaya atdınız. Arxamca işlər çevirdiniz”.
Mülk sahibi Əli Kərimli barəsində əlində ciddi faktlar olduğunu bildirdi: “Onun mülkümün müqabilində aldığı pulları sübut edərəm. Gəlsin mənimlə debata. Hər kəsin gözü qarşısında onu ifşa edim. İstədiyi yerdə onunla debata çıxaram. SƏS.TV-dən mənə zəng vurdular ki, guya o, mənimlə debata çıxacaq. Dedim ki, Əli Kərimlidən başqa heç kimlə debata çıxmaram. Əli Kərimli mənimlə debatdan qaçdı. Bilir ki, gəlsə, ifşa olunacaq. Onun səs yazısını mənə dinlədiblər. Mənə dedilər ki, onları mülkümdən çıxarım. Amma kişiliyimə sığışdırmadım. Mülk dağıdılandan sonra mənə həmin səs yazısını göstərdilər ki, gör kimə görə mülkündən keçdin. Əli Kərimli KQB-nin köhnə agentidir. O bilir ki, səs yazısını heç kimə verməzlər. Onun KQB-də hansı adlarla olduğunu bilirəm. Hökumətə işləyən adamdır. Əli Kərimlinin əli ilə hökumətdən narazı olan insanları bir-bir həbs edirlər. Neçə bayramı sənə görə ailəmdən ayrı keçirdim, Əli Kərimli. Hazırda indi də ailəmin yanına gedə bilmirəm. Mənə deyirlər ki, satılmısan. Əgər belə olsaydı, çoxdan pulumu alıb getmişdim. Adamın vicdanı olar”.
Cavanşir ABBASLI
Previous Post

“Əli Kərimli KQB-nin köhnə agentidir”

Next Post

Rubl rekord səviyyədə ucuzlaşdı

Bənzər yazılar

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

20 Oktyabr 2026 - 15:08

12 sentyabr çevrilişindən sonra türk millətçiliyi ideologiyasını və Milliyyətçi Hərəkat Partiyasını (MHP) sarsıtmağa çalışanlar indi də kənardan gətirilmiş anlayışlar və...

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair...

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30

ABŞ Dövlət Departamenti amerikalı şəxslərdən kommersiya sirlərinin oğurlanması ilə əlaqədar Çin vətəndaşı Linvey Din ilə əlaqəli 5 təşkilata qarşı sanksiyalar...

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ-nin dövlət katibi Marko Rubio görüş zamanı strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli, o cümlədən ticarət,...

Next Post

Rubl rekord səviyyədə ucuzlaşdı

Rubl rekord səviyyədə ucuzlaşdı

Son xəbərlər

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59
Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

20 Oktyabr 2026 - 17:47
“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

20 Oktyabr 2026 - 17:41
Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35
Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

20 Oktyabr 2026 - 17:28
Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 17:15
Ukraynada ərzaq məhsulları bahalaşacaq

Ukraynada ərzaq məhsulları bahalaşacaq

20 Oktyabr 2026 - 17:06
“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

20 Oktyabr 2026 - 16:57
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

20 Oktyabr 2026 - 16:51
Qətər XİN: Hörmüz boğazının açılması üçün bütün səviyyələrdə danışıqlar aparılır

Qətər XİN: Hörmüz boğazının açılması üçün bütün səviyyələrdə danışıqlar aparılır

20 Oktyabr 2026 - 16:44
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

20 Oktyabr 2026 - 16:37
Milli Məclisin sədri TÜRKPA-nın iclasında çıxış edib

Milli Məclisin sədri TÜRKPA-nın iclasında çıxış edib

20 Oktyabr 2026 - 16:25
Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib

Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib

20 Oktyabr 2026 - 16:14
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb

Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb

20 Oktyabr 2026 - 16:09
Qarabağ Milli Parkı yaradılır – SƏRƏNCAM

Qarabağ Milli Parkı yaradılır – SƏRƏNCAM

20 Oktyabr 2026 - 16:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.