"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Əli Həziquliyev: “Ermənistan Türkiyədəki seçkinin nəticələrini gözləyir” – MÜSAHİBƏ

17 May 2023 - 16:08
in Cebhe-banner, MANŞET, MÖVQE, SİYASƏT
FacebookVatsap

Türkiyədəki seçkilər Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir

Bunu da oxuyun

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib

Litva səfiri: Avropada təhsil alan azərbaycanlı tələbələr ölkənin inkişafına töhfə verirlər

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. Seçki prosesi Türkiyə ilə yanaşı Azərbaycanda da geniş müzakirə olunan mövzulardan birinə çevrilib.

Sözügedən məsələ ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Əli Həziquliyev AzNews.az-a müsahibə verib.

Elchi.az həmin müsahibəni təqdim edir:

– Cənab Həziquliyev, Türkiyədə keçirilən seçkilərin birinci turunu necə qiymətləndirirsiniz?

– Türkiyə cəmiyyətində son illər Qərbin təzyiqlərindən Ərdoğana münasibətdə yeni bir müxalifət formalaşmışdı. Azərbaycan mövqeyindən baxanda isə əsas müxalifət hesab olunan Kemal Kılıçdaroğlu arzuolunmaz şəxsiyyətə çevrilmişdi. Onun Azərbaycana qarşı olan çıxışları, Azərbaycana qarşı verdiyi bəyanatlar gərgin münasibətlərin yaranmasına səbəb olurdu. Ona görə də Azərbaycanın mövqeyindən baxdıqda Ərdoğanın qalib gəlməsi arzuolunandır. Hesab edirəm ki,Türkiyədə sağlam seçki keçirilir. Demokratik seçkilərin keçirilməsini çox müsbət qiymətləndirirəm. Türkiyədə şəffaf şəkildə keçirilən parlament seçkilərinin nəticələrini Azərbaycan üçün arzuoluan hesab edirəm.

– Bu seçkilərin Azərbaycan üçün əhəmiyyəti nə idi?

– Bəli, bu seçkilərin həqiqətən də Azərbaycan üçün əhəmiyyəti böyükdür. Azərbaycanın Qərblə münasibətləri üzdə göründüyü kimi sağlam deyil. Qərb də Ərdoğanın əleyhinə idi. Türkiyə və Azərbaycan dövlətləri, cəmiyyətləri arasında münasibətlərin bu qədər yaxın olması həm də İlham Əliyev və Ərdoğanın qardaşlığından irəli gəlir. Hesab edirəm ki, Ərdoğan seçkilərin birinci mərhələsində uduzsaydı, növbəti illər üçün düşmənçilik münasibətlərinin yaranması gözlənilmirdi. Yeni seçilən hakimiyyətlə Azərbaycan arasında münasibətlərinin qurulması da zaman alacaqdı. Ermənistanla Azərbaycanın münaqişə vəziyyətində olduğu bir dövrdə Ermənistanın üstə keçməsi və Qərbin bu dövlətə yardımlarının artması regionda bütün siyasi proseslərin dəyişməsinə gətirib çıxaracaqdı. Bu proqnozlaşdırılmayan bir çox nəticələrə də səbəb ola bilərdi. Bu səbəbdən Türkiyədə keçirilən seçkilər Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir.

– Müxalifət lideri nəyə görə Azərbaycanı görməzlikdən gəldi və strateji layihələrə qarşı çıxdı?

– Türkiyə müxalifətinin bu bəyanatlarla çıxış etməkdə məqsədi Qərbdən dəstək almaqdır. Onlar yaxşı bilirlər ki, İranın kommunikasiya qovşağından keçmə arzusu var. Amma Qərbdə də bunu istəyənlər var. Başlıca olaraq Fransa bu ölkələrin mərkəzində dayanır. Eyni zamanda Fransanın Ermənistan və İranla olan münasibətləri də açıq-aydın ortada idi. Kılıçdaroğlunun bəyanatları Qərbdən dəstəyin alınması üçün verilmişdir. Onlar hesab edir ki, Azərbaycan iqtidarı Türkiyədəki mövcud iqtidara daha çox önəm verir. Azərbaycanın yatırdığı maliyyə Ərdoğanın hakimiyyətdə cızdığı planların həyata keçirilməsinə bir dəstəkdir. Buna görə də Türkiyə müxalifəti Azərbaycana qarşı qərəzli fikirlər səsləndirilir. Türkiyə ictimaiyyətində Kılıçdaroğlunun tərəfdarları arasında bir növ Qərbdən maliyyələşmiş insanlar var. Onların da ciddi bir rolu yoxdur. Hesab etmirəm ki, Kılıçdaroğlunun dəstəkləyən vətəndaşlar Azərbaycanla bağlı səslənən bəyanatlarla razıdırlar.

– Seçkidə Ərdoğan qalib gəlməsə, bu Qarabağ məsələlərinə necə təsir bağışlayacaq?

– Təbii ki, təsir göstərəcək. Ermənistan Türkiyədə seçki nəticələrini gözləyir. Türkiyənin Azərbaycana olan münasibətlərinin dəyişmələrini gözləyirlər. Sonrakı proseslər haqqında fikir bildirmək çətindir. Çox gözəl bilirik ki, Qərbin Azərbaycanla münasibətlərində Türkiyə böyük rol oynayır. Türkiyənin Cənubi Qafqazdakı siyasi mövqeyi Qərb üçün nəzərəalınan məsələdir. Həmçinin Ermənistan və Azərbaycan arasında olan münasibətlərdə də Ərdoğanın rolu danılmazdır.

– Türkiyəli jurnalist Fatih Portakalın “Azərbaycandan dost olmaz” ifadəsi sizcə nəyin göstəricisidir? Türkiyədə hələ də belə zehniyyətlərin olması nəyi göstərir?

– Bu tip insanlardan Azərbaycanda da kifayət qədər var. Ölkədə nə qədər rus və İran meyilli insanlar var. Bu insanlar da “Türkiyədən dost olmaz” fikrini ifadə edirlər. Bunları şəxsi düşüncələri olaraq deyil, maliyyə aldıqları dövlətlərin fikirləri olaraq səsləndirən insanlar var. Belə insanlar olub, həmişə də olacaq. Onlar iki ölkə arasında olan münasibətləri pozacaq səviyyədə deyillər.

– Seçkinin ikinci turundan gözləntiləriniz nələrdir?

– Hesab edirəm ki, seçkinin ikinci turunda Ərdoğan yüksək faizlə rəqibindən üstün səslə seçkilərdə qalib gələcək. Çünki Kılıçdaroğlunun deputat olaraq görmək istədiyi tərədaşlarının parlamentdə uduzduğunu görürük. Türkiyə ictimaiyyəti də burada aktivlik nümayiş etdirir. Mayın 28-nə kimi Kılıçdaroğlu cəbhəsində qopmaların olması qaçılmazdır.

Previous Post

Əli Həziquliyev: “Ermənistan Türkiyədəki seçkinin nəticələrini gözləyir” – MÜSAHİBƏ

Next Post

Təcili: Sülhməramlılar Xankəndiyə silah daşıyır

Bənzər yazılar

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

07 Oktyabr 2026 - 16:27

Bütün azərbaycanlı tələbələri şənbə günü keçiriləcək “Avropada Təhsil” sərgisini ziyarət etməyə dəvət edirəm. Elchi.az xəbər verir ki, bunu Belçika Krallığının...

Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib

Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib

07 Oktyabr 2026 - 16:19

İsveç Krallığında ölkənin qanunverici orqanı olan Riksdaqa, eləcə də 21 regional və 290 bələdiyyə şurasına növbəti ümumi seçkilər keçirilib. Bu...

Litva səfiri: Avropada təhsil alan azərbaycanlı tələbələr ölkənin inkişafına töhfə verirlər

Litva səfiri: Avropada təhsil alan azərbaycanlı tələbələr ölkənin inkişafına töhfə verirlər

07 Oktyabr 2026 - 16:10

Litva universitetləri Azərbaycan təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Elchi.az xəbər verir ki, bunu Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus “Avropada...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

Next Post
Təcili: Sülhməramlılar Xankəndiyə silah daşıyır

Təcili: Sülhməramlılar Xankəndiyə silah daşıyır

Təcili: Sülhməramlılar Xankəndiyə silah daşıyır

Təcili: Sülhməramlılar Xankəndiyə silah daşıyır

Son xəbərlər

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

07 Oktyabr 2026 - 16:27
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib

Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib

07 Oktyabr 2026 - 16:19
Litva səfiri: Avropada təhsil alan azərbaycanlı tələbələr ölkənin inkişafına töhfə verirlər

Litva səfiri: Avropada təhsil alan azərbaycanlı tələbələr ölkənin inkişafına töhfə verirlər

07 Oktyabr 2026 - 16:10
BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

07 Oktyabr 2026 - 15:53
“Qara dənizdə mülki gəmilərə hücumlar qəbuledilməzdir” – Leyen

“Qara dənizdə mülki gəmilərə hücumlar qəbuledilməzdir” – Leyen

07 Oktyabr 2026 - 15:30
BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

07 Oktyabr 2026 - 15:16
Azərbaycandan Almaniyaya etiraz

Azərbaycandan Almaniyaya etiraz

07 Oktyabr 2026 - 15:08
Polşa müharibəyə hazırlaşmağa başladı

Polşa müharibəyə hazırlaşmağa başladı

07 Oktyabr 2026 - 15:00
Serbiya XİN: Azərbaycanla münasibətlər yüksək səviyyədədir

Serbiya XİN: Azərbaycanla münasibətlər yüksək səviyyədədir

07 Oktyabr 2026 - 14:52
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

07 Oktyabr 2026 - 14:43
Prokurorluğa qəbul imtahanı keçiriləcək

Prokurorluğa qəbul imtahanı keçiriləcək

07 Oktyabr 2026 - 14:30
Strateji indikatorlar – MÖVQE

Strateji indikatorlar – MÖVQE

07 Oktyabr 2026 - 14:20
Artezian quyularının elektrik xərci azalacaq

Artezian quyularının elektrik xərci azalacaq

07 Oktyabr 2026 - 14:14
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib – VİDEO

07 Oktyabr 2026 - 14:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.