"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Ədalət Vəliyev siyasi partiya rəhbərləri ilə görüşləri davam etdirir

14 Dekabr 2020 - 13:51
in MANŞET
FacebookVatsap

Azərbaycan ictimaiyyəti xüsusilə son bir il ərzində iqtidarın ölkəmizdə siyasi dialoq mühitinin təşviqi ilə bağlı müxtəlif səpgili layihələrin şahididir. Siyasətdə sağlam münasibətlərin dəstəklənməsi məsələsi ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması istiqamətində atılan inamlı addımlardır. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması ilə yanaşı, siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasını da tələb edir. Hakimiyyətin müxalifət nümayəndələri ilə mütəmadi şəkildə təşkil olunan görüşləri Azərbaycanda siyasi dialoq mühitinin inkişafına yönəlmiş siyasət kimi dəyərləndirilməlidir.Azvision.az xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam edir. Açıq fikir mübadiləsi şəraitində keçirilmiş növbəti görüşlər Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, ReAL Partiyasının sədri İlqar Məmmədov və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə ayrı-ayrılıqda videokonfrans formatında təşkil olunub.

Bunu da oxuyun

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

Mertsin partiya qərargahına hücum edilib

Görüşlər zamanı bir çox məsələlərlə yanaşı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış böyük qələbə və bu qələbəyə Azərbaycan xalqının verdiyi qiymət, xalq və ordu birliyi, qazilərə dövlət qayğısı və onların reabilitasiyası, Vətən müharibəsi kontekstində Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri, işğaldan azad olunmuş ərazilərdə görüləcək işlər və əhalinin məskunlaşması, Azərbaycana qarşı intensiv şəkildə aparılan informasiya təzyiqləri fonunda milli və siyasi həmrəyliyin qorunmasının əhəmiyyəti və bu işdə siyasi partiyaların rolu müzakirə edilib. Həmçinin siyasi partiyalar haqqında yeni qanun layihəsi, Prezidentin dövlət quruculuğu məsələləri ilə bağlı təşəbbüsləri, vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün birgə reallaşdırıla biləcək layihələr, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə yaşayan və yaşayacaq ermənilərə münasibət, eləcə də COVID-19 pandemiyası ilə mübarizədə maarifləndirmə işlərinin əhəmiyyəti və bir sıra digər önəmli mövzular ətrafında müzakirələr aparılıb.

Müasir tariximizin ən parlaq səhifələrindən olan Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, əldə edilən zəfərin əsas səbəbi Azərbaycan xalqının qələbəyə olan inamı idi. Azərbaycan xalqı və Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək xalqımızın yüzillik arzusunu gerçəkləşdirdi. Ordumuza cəmi 44 gün kifayət etdi ki, yüzilliklər boyu formalaşdırılmış erməni mifini darmadağın etsin. Döyüşlər nəticəsində ölkəmiz bütün dünyaya öz hərbi gücünü və iqtisadi qüdrətini açıq şəkildə nümayiş etdirdi.

Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ilə görüşlərində xalqın ordumuza göstərdiyi dəstəyi xüsusi vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa dekabrın 1-də etdiyi müraciətindən sitat gətirib: “Mən müharibənin ilk günündən bu günə qədər – sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi”. Cənab Prezidentin bu sözləri ölkədə yaşanan milli birlikdən xəbər verir. Əldə olunan Qələbə isə həmin birliyi əbədi edəcək.

Aparılmış söhbətlər zamanı milli və siyasi birliyin əhəmiyyətini vurğulayan Ə.Vəliyev bildirib ki, Azərbaycanın hər bir vətəndaşı mövcud həmrəyliyin qorunmasına öz töhfəsini verməlidir. Bu mənada müharibədən sonrakı dövrdə ölkəmizə qarşı mümkün informasiya təzyiqləri ilə mübarizədə qalib gəlmək üçün Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar həmrəylik nümayiş etdirərək öz potensialını səfərbər etməlidir.

Ölkənin siyasi fəalları ilə təşkil olunan görüşlər çərçivəsində son bir il ərzində görülmüş işlər haqqında məlumat verən Ə.Vəliyev qeyd edib ki, siyasi partiyalarla əməkdaşlıq fəaliyyətin əsas istiqamətlərindəndir. Məhz bu əməkdaşlığın genişlənməsi və şaxələnməsi nəticəsində siyasi proseslərin iştirakçıları arasında etibarlı münasibətlərin qurulması mümkün olub.

Müzakirələr zamanı İqbal Ağazadə, Mirmahmud Fəttayev, Sərdar Cəlaloğlu, İlqar Məmmədov və Hafiz Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin inkişafı və beynəlxalq nüfuzunun artmasına yönəlmiş siyasətinə daim dəstək göstərəcəklərini və konstruktiv əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Görüşlərdə iştirak edən siyasi partiyaların rəhbərləri “Zəfər Günü”, “Anım Günü”, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunması, habelə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə Prezidentin qərarlarını yüksək qiymətləndirib və bu ali təşəbbüslərin bilavasitə milli birliyə xidmət etdiyini vurğulayıblar.

Görüşə görə təşəkkürlərini bildirən partiya rəhbərləri dövlətçiliyimizin, iqtidar-müxalifət arasında dialoqun və demokratik ənənələrin inkişafına xidmət edən bütün təşəbbüslərə hər zaman dəstək olacaqlarını söyləyiblər.

Previous Post

Ədalət Vəliyev siyasi partiya rəhbərləri ilə görüşləri davam etdirir

Next Post

Nikol sərxoş halda nələr edib… – Təfərrüat açıqlandı

Bənzər yazılar

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi Zəfərin qalibi və...

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

24 Sentyabr 2026 - 18:14

NATO müttəfiqləri, o cümlədən ABŞ, münaqişənin tənzimlənəcəyi təqdirdə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Elchi.az xəbər verir ki, bu barədə alyansın...

Mertsin partiya qərargahına hücum edilib

Mertsin partiya qərargahına hücum edilib

24 Sentyabr 2026 - 15:00

Naməlum şəxslər Hessen əyalətinin Offenbax-am-Mayn şəhərində Xristian Demokratik İttifaqının (CDU) qərargahına daş atıblar. Elchi.az xəbər verir ki, bu barədə DPA...

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
Paşinyan xalqa müraciət etdi və Köçəryanı yıxıb-sürüdü

Nikol sərxoş halda nələr edib... - Təfərrüat açıqlandı

Paşinyan xalqa müraciət etdi və Köçəryanı yıxıb-sürüdü

Nikol sərxoş halda nələr edib... - Təfərrüat açıqlandı

Son xəbərlər

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

24 Sentyabr 2026 - 21:06
ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

24 Sentyabr 2026 - 21:03
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

24 Sentyabr 2026 - 20:02
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

24 Sentyabr 2026 - 19:59
“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 - 19:57
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

24 Sentyabr 2026 - 19:54
Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

24 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

24 Sentyabr 2026 - 19:14
Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

24 Sentyabr 2026 - 19:03
“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

24 Sentyabr 2026 - 18:51
Sabirabadda baş verən qəzada ölən və yaralanan var

Sabirabadda baş verən qəzada ölən və yaralanan var

24 Sentyabr 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.