Zurabişvilidən gözlənilməz: Etirazçıları dəstəklədi

80

Gürcüstan Prezidenti Salome Zurabişvili xalqa təcili müraciət edəcək.

Elchi.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, bu, Tiflisdə parlament binası qarşısında “xarici agentlər”lə bağlı qanun layihəsindən dolayı baş verən kütləvi etirazlarla əlaqədardır.

“Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu Yorkdakı bütün görüşləri ləğv edib. O, bir saat ərzində Gürcüstan xalqına təcili müraciət edəcək”, – deyə bildirilib.

***

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyir.

Bu barədə dövlət başçısının bəyanatında bildirilir.