"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Ziya Məmmədovun qardaşı bunu da etdi

09 Oktyabr 2014 - 12:25
in MANŞET
FacebookVatsap

25654Deputat haqq qoydu; 9 manat + 30 litr; Nəqliyyat nazirinin qardaşı sürücülərdən hər gün maşınlarını ona məxsus avto yuma məntəqəsində yudurtmağı və yanacağı onun “zapravka”sından doldurmağı tələb edir; bundan narazı qalanlar etirazlara hazırlaşırlar, ciddi aksiyalar gözlənilir

Bunu da oxuyun

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədova məxsus Bakı Beynəlxalq Avtovağzal Kompleksində əməlli-başlı üsyan yetişir.

Bu barədə “Yeni Müsavat”a avtovağzalda çalışan əməkdaşlar məlumat veriblər. Onların sözlərinə görə, avtovağzaldan rayonlara işləyən avtobusların və taksilərin sürücülərinə yeni haqq qoyulub.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi E.Məmmədovun təsisçisi olduğu “Bakı XXI Əsr” MMC-nin sifarişi ilə inşa olunub və bu MMC tərəfindən idarə edilir.  Kompleksin daxilində başqa obyektlərlə yanaşı, “Bakı XXI Əsr” MMC adlı yanacaqdoldurma, avto yuma və təmir məntəqələri də fəaliyyət göstərir.
İrili-xırdalı bütün  maşınların, avtobusların sürücülərinə tapşırıq verilib ki, avtonəqliyyat vasitəsinin təmiz olub-olmamasından asılı olmayaraq,  hər gün avtovağzala girərkən “Bakı XXI Əsr” MMC-nin ofisinə onların həmin avto yuma məntəqəsində yuduzdurulmasına dair qəbz  təqdim etsinlər.
Bu qəbzin qiyməti isə 9 manatdır. Amma sürücülərə qoyulan haqq bununla bitmir. Onlardan həmçinin hər reys öncəsi  “Bakı XXI Əsr” MMC-yə məxsus yanacaq doldurma məntəqəsindən 30 litr yanacaq dolduraraq, onun qəbzini ofisə təqdim etmək tələb olunur. Bundan əlavə, taksi və avtobus sürücüləri rayonlara çıxarkən hər reys öncəsi ofisə bir neçə manat ödəyirlər.

Bu isə sürücülərdə ciddi narazılıq yaradıb. Əsasən də onlar kompleksin ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətindən narazıdırlar. Sürücülərin sözlərinə görə, həmin yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyəti çox aşağıdır. Amma sürücülər hər reys qabağı həmin məntəqədən 30 litr yanacaq doldurmağa məcbur edilirlər.  Keyfiyyətsiz yanacaq isə onların maşınlarının mühərrikində, digər detallarında ciddi problemlər yaradır, sürücüləri əlavə xərcə salır. Sürücülər “Yeni Müsavat”ın müxbirinə bildirirlər ki, bütün bunlara görə avtovağzalda dözülməz şərait və ciddi narazılıq yaranıb. Onlar bununla bağlı  dəfələrlə “Bakı XXI Əsr” MMC-nin rəhbərliyinə müraciət etsələr də, qoyulan tələblər aradan qaldırılmayıb.

Buna görə də sürücülərin narazılıqları  üsyan həddinə çatıb.  Sürücülər son hədd kimi tətilə və etiraz aksiyalarına başlamaq yolunu seçiblər. Yaxın vaxtlarda avtovağzalda ciddi aksiyaların olacağı gözlənilir.
Qeyd edək ki, əvvəllər də avtovağzalda bir sıra ciddi problemlər olub.
Bakı Beynəlxalq Avtovağzal Kompleksini idarə edən və deputat Elton Quliyevə məxsus “Bakı XXI Əsr” MMC ofşor zona sayılan Böyük Britaniyanın Vircin adalarında qeydiyyatdan keçib.  Bu fakt AzadlıqRadiosunun araşdırmalarının nəticəsində ortaya çıxmışdı.
Məlumat üçün qeyd edək ki, Vircin adaları dünyada mövcud olan ofşor zonalardan biridir.
Ofşor vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır.
Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda  maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda  qeydiyyatdan keçdiyi bildirilir.
E.Məmmədov  özü də mətbuata açıqlamasında  “Bakı XXI Əsr” MMC-nin təsisçisi olduğunu təsdiqləyib. “Bakı XXI Əsr” MMC isə sırf biznes, qazanc əldə etmək məqsədilə təsis olunub və hazırda da bu işlə məşğuldur, böyük layihələr həyata keçirir. Hansı ki, qanunla deputatın bizneslə məşğul olması qadağandır.
E.Quliyev deyib ki,  deputat kimi kommersiya fəaliyyəti ilə məşğul ola bilməsə də, hansısa bir şirkət təsis etməsində heç bir problem yoxdur.
Şirkətin niyə Vircinya adalarında qeydiyyatdan keçməsinə gəlincə, deputat deyib ki, burda heç bir problem yoxdur. Beynəlxalq hüquq çərçivəsində şirkət qeydiyyata alınıb. Deputat şirkətin başqa təsisçilərinin olduğunu desə də, onların adını açıqlamaqdan imtina edib.  Hələ “əl-Cəzirə” telekanalının 2009-cu ildə yaydığı məlumata görə, 80 milyon dollara başa gələn Bakı Beynəlxalq Avtovağzal Kompleksinin daxilində 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq və digər obyektlər fəaliyyət göstərir.
E.Məmmədov qanunları ciddi şəkildə pozaraq hər il bu obyektlərdən milyonlarla manat qazanc əldə edir.
Üstəlik də, onun adamları orada çalışan sürücülərin boynuna zorla haqq qoyurlar, onlardan qanunsuz pullar alırlar.
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Previous Post

Ziya Məmmədovun qardaşı bunu da etdi

Next Post

Deputat oğlu “Neftçi”də vəzifəyə gətirildi – GÜLMƏLİ

Bənzər yazılar

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59

Fransa Milli Tələbə İttifaqı (Unef) ölkədə noyabrın 3-ü və 5-də etiraz aksiyalarının keçirilməsinə çağırış edib. Elchi.az xəbər verir ki, bu...

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00

Oleşkidəki humanitar əməliyyat bölgəyə yardımın çatdırılmasına və 800-ə yaxın insanın təxliyəsinə imkan yaradıb. Elchi.az xəbər verir ki, ABŞ-ın birinci xanımı...

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Next Post

Deputat oğlu "Neftçi"də vəzifəyə gətirildi - GÜLMƏLİ

Deputat oğlu "Neftçi"də vəzifəyə gətirildi - GÜLMƏLİ

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.