"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Ziya Məmmədov Eldar Mahmudovla birgə.. 

15 Sentyabr 2017 - 14:14
in MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Hər iki nazir iqamətgahlarında böyük intizarla məhkəmələrin yekunlaşmasını gözləyir

Elchi.az musavat.com-a istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdiriləndən sonra işsiz qalan Ziya Məmmədov ölkə sərhədlərini aşa bilmir. Sabiq milli təhlükəsizlik naziri, 2015-ci ildə qəfil əməliyyatın sonucu olaraq işsiz qalan Eldar Mahmudovun da eyni vəziyyətdə olması haqda məlumatlar var. Hər iki nazir zamanında hakimiyyət komandasının nüfuzlu üzvlərindən idilər. İndi isə onların hər ikisi işsizdir, rəhbərliyində təmsil olunduqların ölkədə faktiki girova çeviriliblər. Bununla belə, onların aqibətini yaşayan nazirlərin bir çoxunun taleyinə baxanda Ziya Məmmədovla Eldar Mahmudovun durumları o qədər də fəna görünmür.

Ziya Məmmədovun barəsində olan məlumat bundan ibarətdir ki, doğulduğu Ucar rayonundakı villasında günlərini keçirir. Ara-sıra Göyçayda geniş ərazini əhatə edən dəbdəbəli, vertolyot meydançasına malik bağına baş çəkir. Darıxanda Qubaya, oradan da Bakıya gəlib gəzib-dolaşır.

Eldar Mahmudovun isə belə hərəkətliliyi haqda məlumat yox dərəcəsindədir. Nardarandakı iqamətgahında komandasının üzvləri olmuş generalların məhkəməsini izləyir. Onun rəhbərliyi altında 11 il fəaliyyət göstərən, hazırda ən müxtəlif ağır cinayətlərin törədilməsi ittihamı ilə məhkəmə qarşısına çıxarılan generalların, şöbə rəislərinin və istintaqçıların işləri üzrə proseslərin yekunlaşmasını gözləyir. Yada salaq ki, hazırda Sabunçu Rayon Məhkəməsində “MTN işi” üzrə bir neçə dəstənin işinə dair proses keçirilir. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, onunla birlikdə həbs edilən 4 MTN əməkdaşının və digər dəstənin – MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesləri yekunlaşmaq üzrədir.

Ziya Məmmədovun həyatını ağırlaşdıran, onu intizarda qoyan məhkəmə işi də var. Amma ölkəmizdə deyil, İsveçdə keçirilir. İsveç prokurorlarının Kanadanın “Bombardier” şirkəti əməkdaşının digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün “Azərbaycan məmurunu ələ almaq barədə” rəsmi ittiham irəli sürüb. Stokholm bölgə məhkəməsində azərbaycanlı məmurları rüşvətlə cəlb etdiyinə görə Kanadanın “Bombardier” nəqliyyat şirkətinin İsveç şöbəsinin əməkdaşı, Rusiya vətəndaşı Yevgeni Pavlovun məhkəməsi davam edir. “Bombardier”in Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilə səbəb olub. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura o zaman Arif Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu. Araşdırmanı əvvəlcə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP birgə aparıb. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasənda həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950″ siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas” şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizmi sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Məhkəmə davam edir və davam etdikcə Z.Məmmədovun barəsində də faktların ortaya çıxma ehtimalı qalır.

Zamanında Eldar Mahmudov Ziya Məmmədovun çökdürülməsi üçün çox çabalar göstərib. Onun ətrafında müəmmalı ölüm işləri baş verib, gizli danışıqları mətbuat səhifələrinə çıxarılıb. Yol-yeyinti faktları, böyük korrupsiya əməlləri də mətbuatdan gizli qalmayıb. Eldar Mahmudovun oliqarx-nazirin çökdürülməsi planını gerçəkləşdirmək üçün onun ən yaxın çevrəsinə qarmaq atıb. Amma Ziya Məmmədovu çökdürmək iqtisadi inkişaf naziri Fərhad Əliyev və səhiyyə Əli İnsanov, onlardan sonra maliyyə naziri Əvəz Ələkbərov, Fərhad Əliyevi kreslosunda əvəzləyən Heydər Babayevi yıxmaq qədər asan olmadı. Çərxi-fələk başqa cür dövran etsəydi, proseslər Eldar Mahmudovun planları üzrə getsəydi, bu gün nə o, nə də Ziya Məmmədov eyni aqibəti bölüşmürdülər. Hər iki eks-nazir bu gün faktiki olaraq ölkə dustağıdır. Hər iki nazir 500 kilometr uzunu, 500 kilometr eni olan Azərbaycan adlı ölkənin sərhədlərini aşa bilməz.

Bu da yeni dövrün qeyri-rəsmi qətimkan tədbiridir. Gəz dolan, puldan xərclə, amma ölkədən çıxa bilməzsən. Əslində böyük dərddir. Vaxtında şəxsi təyyarəsi olan biri indi ölkədən çıxa bilmir, xaricdəki cəh-cəlalına baş çəkmək imkanından məhrumdur.

Hər iki şəxs nazirlikləri dövründə Azərbaycanın iqtisadi qüdrətinin artmasını önləyən, hər addımda büdcə pullarını ələ keçirməyə hazır mövqedə olublar. Büdcə pulları, sahibkarların talan edilməsindən dolayı böyük varidata sahibdirlər. Ölkədə əldə etdikləri böyük pulları çox-çox uzaq diyarlara aparıb oraların vətəndaşlarına iş yeri, şərait qurublar. Azərbaycanda isə həmin pullarla qurulmalı olan yollar, layihələr batıb, vətəndaşlar işsiz-güc ardınca Rusiya çöllərinə düşüblər.

Bu gün Ziya Məmmədov da, Eldar Mahmudov da ölkə dustağıdır. Onları birləşdirən hazırda budur.

Previous Post

Ziya Məmmədov Eldar Mahmudovla birgə.. 

Next Post

Növbəti erməni təxribatının qarşısı alındı

Bənzər yazılar

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38

Vaşinqton administrasiyası Ukrayna münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə kömək etmək cəhdlərini davam etdirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə...

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşıdurması onun, eləcə də üzv ölkələrin problemlərini daha da dərinləşdirəcək. Elchi.az xəbər verir ki, bunu...

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Next Post

Növbəti erməni təxribatının qarşısı alındı

Növbəti erməni təxribatının qarşısı alındı

Son xəbərlər

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı vəfat etdi

Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı vəfat etdi

08 Oktyabr 2026 - 17:45
Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38
FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

08 Oktyabr 2026 - 17:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.