"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ziya Məmmədovun qürubunun şok səbəbi

26 İyul 2014 - 08:57
in SİYASƏT
FacebookVatsap

Məmmədovlar Kremlin iqtidar əleyhinə projesində?!; Nəqliyyat nazirinin prezident seçkisi ərəfəsi img1601785“üsyançı” Abbas Abbasovla telefon danışıqlarını hakimiyyət deşifrə edibmiş; onun qardaşının isə Putinin ən yaxın adamı ilə biznes qurduğu ortaya çıxıb; Məmmədovlar iqtidarın inamını itirdiklərini ört-basdır etmək istəyirlər

Nəqliyyat naziri Ziya Məmmədovun başı üzərindəki qara buludlar getdikcə daha da sıxlaşır. Nazirin deputat qardaşının oğlunun adının avtoşluqda və “Yeni Müsavat” əməkdaşının döyülməsində sifarişçi kimi hallanması, biznesinin böyük bir hissəsini təşkil edən neft-qaz yataqlarının hasilatında böhran yaranması, o cümlədən Bakının girişimdə tikdirdikləri göydələnlərin (“Şamaxinka” deyilən ərazidə) satılmasında ciddi əngəllərin yaranması, oğlunun rəhbərlik etdiyi şirkətin isə qadın əməkdaşının müəmmalı şəkildə öldürülməsi Məmmədovların “qara zolaq”da olduğunu göstərən faktların yalnız bir qismidir.
İndi isə Z.Məmmədovu bitirə biləcək daha ciddi informasiyalar dövriyyəyə buraxılıb. Söhbət ötənilki prezident seçkiləri ərəfəsində nəqliyyat naziri ilə Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov arasında olan sıx təmasdan gedir.
Nəqliyyat nazirinin Kremlin xeyir-duası ilə Moskvada yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATI) rəhbəri A.Abbasovla əlaqələrinin olduğu yeni fakt deyil və “Yeni Müsavat” da seçki ərəfəsi bu barədə bir neçə dəfə yazıb. Amma indi əsas xəbərlər ondan ibarətdir ki, hakimiyyətə qarşı sərt üslub seçən, iqtidar təmsilçilərini “tezliklə gedəcəklər” kimi ifadələrlə hədələməkdən belə çəkinməyən Abbas Abbasovun nəqliyyat naziri ilə o zamankı telefon əlaqələri deşifrə olunub. Yəni Məmmədovların qürubunun əsas səbəbi olaraq onların hakimiyyətə qarşı dönüklüyü göstərilir.
Bu barədə “Unikal” qəzeti yazı dərc edib. Sitat: “Abbas Abbasov Rusiyada yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATI) əsas memarlarından biri sayılırdı. Bu ittifaqın yaranma səbəbi isə onun vasitəsilə Moskvanın ölkəmizin iç işlərinə siyasi müdaxiləsi olaraq göstərilirdi. Məhz bu səbəbdən Ziya Məmmədovun həmin siyasi baxımdan gərgin aylarda, Abbas Abbasovun Rusiya hakimiyyətinin siyasi maraqları prizmasından çıxış etdiyi və iqtidar içindəki bəzi dairələrə davamlı tənqidi ismarışlar göndərdiyi dövrdə birbaşa təmas qurması suallar yaradır. Bildirildiyinə görə, nəqliyyat nazirinin sabiq baş nazir müavini ilə həmin təmasları deşifrə edilib və elə bu səbəbdən də hazırda Məmmədov hakimiyyət daxilində olduqca çətin anlar yaşayır. Burada daha bir maraqlı məqam isə Məmmədovla Abbasovun ayrı-ayrı vaxtlarda verdikləri açıqlamalarda üst-üstə düşən bir məqamdır. Belə ki, ötən ilin yayında Abbas Abbasov müsahibələrində onunla hakimiyyət arasında münasibətləri pozmağa çalışan qüvvələrin varlığından bəhs edirdi. Ziya Məmmədov isə bu yaxınlarda qəzetimizə açıqlamasında özü və yaxınları barədə mətbuata sızan kompromatlarda bəzi adamların maraqlı olduğunu demiş və heç bir konkret ünvan göstərməmişdi.
Bu iki açıqlamadan belə başa düşmək olar ki, sabiq baş nazir müavini ilə nəqliyyat naziri özlərinin hədəfə gəlməsində iqtidardakı müəyyən çevrələrdən şübhələnirlər və o ehtimal da istisna deyil ki, əslində hər iki şəxsin gileyləndiyi çevrələr eyni dairələrdir.
Hələ aylar əvvəl KİV-də belə iddialar dolaşırdı ki, RATİ-nin aparıcı simalarından biri “AST” şirkətlər qrupunun rəhbəri Telman İsmayılovdur və onunla Ziya Məmmədovun dostluq münasibətləri var. Eyni zamanda onların ortaq biznesinin olduğu da bildirilirdi. İddia edilirdi ki, Telman İsmayılovla dostluq Ziya Məmmədovla RATİ-nin sədri olmuş baş nazirin sabiq müavini Abbas Abbasov arasında da isti münasibətlər yaradıb. Sonradan isə Məmmədov artıq Abbasovla birbaşa təmaslara keçib, onunla telefon bağlantıları quraraq hansısa dialoqdan çəkinməyib”.
“Unikal” nəqliyyat nazirinin deputat qardaşı Elton Məmmədov barədə də ilginc məlumat dərc edib.  Məlumatda deyilir ki, deputat Məmmədov da Çeçenistanda biznes qurub: “Onun bunu nazir qardaşından xəbərsiz etdiyini düşünmək sadəlövhlük olardı. Hazırda Məmmədovlarla Çeçenistan prezidenti Ramzan Kadırov arasında yaxşı işgüzar münasibətlərin olduğu bildirilir.
Ramzan Kadırovun isə Rusiya prezidenti Vladimir Putinlə hədsiz dərəcədə yaxınlığını bilməyən yoxdur. Kadırov Kremlin sahibinə hədsiz sədaqəti ilə bilinir və qeyd olunur ki, bu səbəbdən Putin ona yüksək etimad göstərir. Məmmədovların Çeçenistana sərmayə yatırmaları isə onların Kadırov vasitəsilə Putinlə yaxınlaşmaq cəhdlərinin təzahürü kimi dəyərləndirilir”.
Qəzet yazır ki, məhz RATİ ilə bağlı proseslərin gücləndiyi vaxtda – ötən ilin mayında Çeçenistan Respublikasının Nəqliyyat Və Rabitə Nazirliyi Bakı şəhəri ilə Qroznı arasına beynəlxalq avtobus reyslərinin açılması üzrə işlər apardığı barədə məlumat yaydı: “Həmin vaxt ölkənin nəqliyyat və rabitə naziri Ramzan Çerxiqova bildirmişdi ki, əsas diqqət Çeçenistan Respublikasının nəqliyyat vasitələrinin keyfiyyətinin artırılmasına, xidmətin keyfiyyətinə və sərnişinlərin təhlükəsizliyinə yönəldilib. Bununla əlaqədar yeni “Fort Tranzit”, “MAN” və “PAZ” markalı avtobuslar alınıb. Prosesin digər tərəfində bizim Nəqliyyat Nazirliyinin dayandığını söyləmək yəqin artıq olardı. Sonradan bu istiqamətdə hər hansı yenilik baş vermədi, belə güman etmək olar ki, bu, Məmmədovların “Çeçenistan açılımı”nın iflası ilə bağlıdır.
Beləliklə, bütün bu iddialardan görünən budur ki, nəqliyyat nazirinin Kremllə və ona yaxın olan Abbas Abbasovla sıcaq ilişgilər qurmaq üçün kifayət qədər cəhdləri və səyləri olub. İstisna deyil ki, Məmmədovların özləri və biznesləri ətrafında son aylarda cərəyan edənlər də məhz belə səylərin və cəhdlərin deşifrə edilməsi ilə birbaşa bağlıdır”.
Bu informasiyaların məhz indi ortaya çıxması da təsadüf deyil. Çünki Məmmədovlar indi barələrində yazılan yazılara “bizi gözləri götürmür” deyə don geyindirirlər. Bununla da əslində hakimiyyətin gözündən və inamından düşdüklərini ört-basdır etmək istəyirlər. Amma çifayda. Bu xəbərin indi yayılması da Məmmədovların sonunu gətirən qərarın yaxın günlərdə verilə biləcəyinə işarədir. Gözləməyə dəyər…
Xəbər xidməti 

 

Bunu da oxuyun

Latviya Rusiyaya etiraz notası təqdim edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

Previous Post

Ziya Məmmədovun qürubunun şok səbəbi

Next Post

AZAL prezidentinə yaxın biznesmen həbs olundu

Bənzər yazılar

Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55

Latviya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb. Elchi.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviyanın xarici...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14

22-23 iyul tarixlərində Şamaxı şəhərində Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq...

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin avqust ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. Elchi.az qəbul cədvəlini təqdim edir: Qəbulu aparan...

Next Post

AZAL prezidentinə yaxın biznesmen həbs olundu

AZAL prezidentinə yaxın biznesmen həbs olundu

Son xəbərlər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

25 İyul 2026 - 16:38
Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

25 İyul 2026 - 16:24
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

25 İyul 2026 - 15:56
İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

25 İyul 2026 - 15:41
İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

25 İyul 2026 - 15:13
Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

25 İyul 2026 - 14:52
Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

25 İyul 2026 - 14:49
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

25 İyul 2026 - 14:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.