"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ziya Əsədov: “Zərdüşt Əlizadə türkçülük, Azərbaycançılıq ideyasının düşməni olan atasından danışsın”

16 Fevral 2017 - 09:11
in XƏBƏR LENTİ
FacebookVatsap

Bəxtiyar Vahabzadənin kürəkənindən Zərdüşt Əlizadəyə sərt cavab

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Politoloq Zərdüşt Əlizadə lent.az saytına müsahibəsində Azərbaycanın mərhum xalq şairləri Xəlil Rza Ulutürkü və Bəxtiyar Vahabzadəni tənqid edib. O bildirib ki, Bəxtiyar Vahabzadə türkçülük sevgisi ilə yaşamayıb, eşqdən, məhəbbətdən şeirlər yazıb, özü üçün, ailəsi üçün yaşayıb: “Bəxtiyar hələ cavan şair olanda görkəmli ədəbi tənqidçi kimi mənim atam Məmməd Mübariz Əlizadənin yanına gəlirdi. Biz Bəxtiyar Vahabzadə ilə 40 il qonşu olmuşuq. Xalq üçün yaşayan adam Bəxtiyar Vahabzadə kimi təminatlı yaşamazdı. Sadəcə, yaxşı yaşamaq üçün xalqa turançılıqdan, türkçülükdən şeirlər deyirdi. Bu da onun yaxşı çörək yeməyinə kömək eləyirdi. Xalqın hansısa sarı simini dınqıldadıb yaxşı yaşayan şairlərimiz, yazıçılarımız azmı olub?”
Xəlil Rza Ulutürk barəsində isə söyləyib ki, Xəlil Rza Ulutürk milli ədavəti qızışdıran bir adam olub: “Heç vaxt fikirləşmirdi ki, bu xalqın sonu nə olacaq? Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz erməniləri tüpürcəklə boğmalıyıq. Hansı tüpürcəklə? Hansı millətin tüpürcəyi ilə erməniləri qovmaq olardı? Sən görmürsən ki, KQB erməni və Azərbaycan xalqlarını vuruşdurur ki, ortaya bir qarmaq salsın? Xəlil Rza Ulutürk isə KQB-yə xidmət edib qışqırır ki, ermənilərə lənət olsun”.
Z.Əlizadənin bu fikirlərinə “Yeni Müsavat”a açıqlamasında Bəxtiyar Vahabzadənin kürəkəni, 5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədov sərt cavab verib. O bildirib ki, Zərdüşt Əlizadə bir politoloq kimi böyük yanlışlıqlara yol verir: “Zərdüşt Əlizadənin söylədiyi fikirləri oxudum, çox təəssüf hissi ilə qeyd edirəm ki, bu adam Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün adını ağzına almaqdansa, türk dünyasına nifrətinin səbəbini desin. Zərdüşt Əlizadə türkçülük, azərbaycançılıq ideyasının düşməni olan atasından danışsın. Sovet hökuməti zamanında rus imperiyasının, İran dövləti ilə birlikdə gizli fəaliyyəti nəticəsində yeni nəsil yaranmışdı. Bu nəsli ”Bakinest” adlandırırdılar. Bu qrupa farslar, ermənilər, bəzi rusdilli azərbaycanlılar, kürdlər daxil idi. Həmin adamlar hər zaman türkçülüyün əleyhinə olublar. İndi də bu kimi əməllərindən əl çəkmirlər. MHP sədri Dövlət Bağçalı bu yaxınlarda çıxışı zamanı bildirdi ki, necə Türkiyənin Məhməd Akifi varsa, Azərbaycanın da Bəxtiyar Vahabzadəsi var. Təəssüf ki, bəzi televiziyalar da Zərdüşt Əlizadənin yolunu tutublar. Belə ki, Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar hazırlanan verilişlərin çoxunda onu eşq, təbiət şairi kimi qələmə verirlər. Onun millətçiliyindən, dövlətə, dilimizə, dinimizə olan münasibətindən danışmırlar. Bunu arxa plana çəkirlər. Zərdüşt Əlizadə də bütün bunları görərək, bir qədər də irəli gedir. Nə zaman Bəxtiyar Vahabzadə eşq şairi olub? O, ömrü boyu fəlsəfi şair adlanıb. Zərdüşt Əlizadənin atasından xəbəri varmı? Atası məhkəmədə Elçibəyin üzünə duran insanlardan biridir. Ona görə də məsləhət bilirəm ki, kökü kəsilməkdə olan Zərdüşt, Araz Əlizadələrə Azərbaycan xalqı fikir verməsin. Onsuz da bizim qeyrətli, savadlı rəhbərlərimiz, xalqımız belə insanları qəbul etmirlər”.
Z. Əsədov bildirib ki, Jirinovskini Moskvada danışdıranlar Azərbaycanda da Zərdüşt Əlizadə kimi şəxslərə müvafiq tapşırıqlar veriblər:

“Jirinoviskini danışdıranlar Zərdüşt Əlizadəyə də tapşırıq veriblər”

“Jirinovski tələb edir ki, SSRİ-ni bərpa etmək lazımdır. Onu qışqırdan adam, bunlara da tapşırıq verir ki, siz də bu istiqamətdə danışın. Bunların arzusu sovet imperiyasını bərpa etməkdir. Deyir ki, rus qoşunları Azərbaycandan çıxmamalı idi. Azərbaycanın müstəqilliyinin ilk saniyəsində rus qoşunları Azərbaycandan çıxıb, rus valyutası ölkədə ləğv olunub. Böyük türk, Mustafa Kamal Atatürk yaxşı deyib ki, ”Türkün, türkdən başqa dostu yoxdur”.

Zərdüşt Əlizadə də türk deyil. Ermənidir, farsdır, hər nədirsə bilmirəm, ancaq türk deyil. Zərdüşt Əlizadə Bəxtiyar Vahabzadəni istiqlal şairi kimi qəbul edə bilmədiyi üçün ona bu cür yanaşır. Bəxtiyar Vahabzadəni ona görə türk dünyasının ən önəmli şairlərindən biri hesab edirlər ki, o, türkçülüyü hər zaman qoruyub. Çox sevindirici haldır ki, saxtakar “bakinest”lər artıq tükənirlər. Zərdüşt Əlizadə və onun kimilərini qıcıqlandıran Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, “Latın dili” şeiri, “Göytürklər” kimi fəlsəfi əsərləridir. Çünki orada həm ruslara, həm də farslara sataşılır.

Zərdüşt Əlizadə isə həm rusun, həm də farsın dili ilə danışır. Əbülfəz Elçibəyə kürd deyirsə, öz türklüyünü boynuna alırmı?

Niyə deyir ki, azərbaycanlıyam? Deyir ki, Bəxtiyar Vahabzadə türkçülük sevgisi ilə yaşamayıb. Ona demək istəyirəm ki, məhz Bəxtiyar Vahabzadənin böyük xidməti nəticəsində indi Azərbaycanda yaşayan bütün türklər özlərinin türk olduqlarını anlayırlar. Bəxtiyar Vahabzadənin türk sevgisi olmasaydı, onun otağında, başının üzərində Mustafa Kamal Atatürkün portreti olmazdı. Bundan əlavə, onun kabinetində bütün türk dövlətlərinin bayrağı var idi. Zərdüşt Əlizadə buna görə də Bəxtiyar Vahabzadəni istəmir. Deyir ki, Əbülfəz Elçibəy ölmüş türk dünyasının siyasi Şeyx Nəsrullahı idi. Bil ki, türk dünyası heç zaman ölməyib. Sən özün ölü kimisən. Sən türkəm deyə bilərsənmi? Türklərin yer üzünün yarısını işğal etdikləri zamanı, tarixi, deyəsən, qəbul edə bilmirsən. Bu gün də Türkiyənin, Azərbaycanın müstəqilliyini gözün götürmür”.

Previous Post

Ziya Əsədov: “Zərdüşt Əlizadə türkçülük, Azərbaycançılıq ideyasının düşməni olan atasından danışsın”

Next Post

Arif Əsgərovun həbsi reallaşır – ölkədən qaça bilər

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

Arif Əsgərovun həbsi reallaşır – ölkədən qaça bilər

Arif Əsgərovun həbsi reallaşır – ölkədən qaça bilər

Son xəbərlər

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ

13 Oktyabr 2026 - 09:04
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.