Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Elchi.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, bununla bağlı məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.





















