Rusiya, Ukraynaya yardım göstərilməsi ilə bağlı qərarlarda iştirak edən Avropa İttifaqı nümayəndələrini “dayandırma siyahısı”na daxil edib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat verilib.
Nəşrdə qeyd olunur ki, siyahıya anti-Rusiya sanksiyalarının tətbiqi, Rusiya Federasiyasının digər ölkələrlə münasibətlərinə zərər vurulması, dəniz gəmiçiliyinə maneələr yaradılması, Rusiya rəsmi şəxslərinin təqib edilməsi, habelə Rusiyanın aktivlərinin müsadirəsi və ya onlardan əldə olunan mənfəətin istifadəsi tərəfdarı olan Aİ nümayəndələri daxil edilib.
Siyahıya salınmış şəxslərin Rusiya Federasiyası ərazisinə girişi qadağan edilib, — deyə qurumdan əlavə olunub.
Məryəm





















