Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (WEF) çıxış edib. O, qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində atəşkəs sülh razılaşması demək deyil və sülh yalnız köçkün ukraynalılar öz ölkələrinə qayıdanda və ailələrinə qovuşduqda olacaq.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
V.Zelenskinin sülh düsturuna toxunan Y.Zelenskaya nüvə təhlükəsi, enerji və ərzaq təhlükəsizliyi kimi məsələlərin milli və qlobal təsirinə diqqət çəkib.
WEF iştirakçılarının əhəmiyyətli bir gücə sahib olduqlarını, lakin onların da zaman-zaman dağıldığını qeyd edən Zelenskaya “Hamınız bu effektdən istifadə etmirsiniz, ya da bəzən onu daha da böləcək şəkildə istifadə edirsiniz”,-deyə qeyd edib.
WEF kimi platformaların problemlərin həlli üçün yaradıldığını vurğulayan Zelenskaya söyləyib:
“Bizim kifayət qədər enerjimiz var və bunu ödəyə bilərik. Birgə təsirlərimizin bəziləri mövcud çağırışlardan daha güclüdür. Bununla belə, bütün komponentləri bir araya gətirməliyik”.
Zelenskaya deyib ki, müharibə təkcə Ukrayna ilə məhdudlaşmayacaq və Rusiya müharibəni uduzmasa, yaranan böhran daha da böyüyəcək.
Yeganə