Cenevrədəki danışıqlarda Rusiya və Ukrayna “demək olar ki, razılığa gəliblər”, atəşkəsin monitorinqinin necə aparılacağı barədə, əgər siyasi iradə olarsa.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
O qeyd edib ki, danışıqlar iki istiqamət üzrə aparılıb – hərbi və siyasi. Zelenski vurğulayıb ki, “hər üç tərəf hərbi istiqamətdə konstruktiv olub”.
“Ətraflı məlumat mənim qrupum geri qayıtdıqdan sonra veriləcək. Amma indiyə qədər eşitdiyim budur: əsasən, hərbçilər atəşkəsi və müharibənin dayandırılmasını necə monitorinq edəcəyini başa düşürlər, əgər siyasi iradə olacaqsa. Onlar demək olar ki, hər şeydə razılığa gəliblər. Monitorinqdə mütləq amerikalı tərəf iştirak edəcək. Mən bunu konstruktiv bir siqnal hesab edirəm,” – deyə Zelenski bildirib.
Məryəm





















