ABŞ Rusiyanın neft və maliyyə sektorlarına qarşı tətbiq olunan sanksiyaları ləğv edə bilər.
Elchi.az xəbər verir ki, bu barədə “News.ru” portalına müsahibəsində politoloq Malek Dudakov bildirib.
“Əgər Rusiyaya qarşı sanksiyalar ləğv olunarsa, bu ilk növbədə maliyyə sektorumuza, ikinci növbədə isə neft sahəsinə təsir edəcək – çünki məhz bu sahələr ABŞ-la mümkün gələcək əməkdaşlığa mane olur,” – deyə ekspert izah edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trump üçün bu ideya maraqlıdır, çünki o, Rusiyada biznes aparmaq istəyə bilər. Məsələn, təbii sərvətlərin və nadir torpaq metalları ilə karbohidrogenlərin kəşfi və hasilatı ilə məşğul olmaq kimi layihələr qeyd olunub.
Məryəm





















