Amerika tərəfi Rusiya ilə atom enerjisi ilə işləyən data mərkəzi və Berinq boğazı altında tunel yaradılması məsələsini müzakirə edir.
Elchi.az xəbər verir ki, bu barədə “The Economist” məlumat verib.
Jurnal həmçinin qeyd edir ki, ABŞ prezidenti Donald Trampın ətrafı Rusiya enerji aktivlərinin paylarını almaq üçün danışıqlar aparır. Bundan əlavə, Amerika tərəfi Rusiyadan Arktikada nadir torpaq metalları, neft və qazla bağlı mümkün razılaşmaları da müzakirə edir.
Amerikalı bir treyder də The Economistə bildirib ki, ABŞ biznesi Rusiya ilə buğda ticarəti ilə maraqlanır. “Rusiya dünyada ən böyük buğda ixracatçısıdır. Biz də bu prosesdə iştirak etmək istəyirik,” – deyə treyder bildirib.
Məryəm





















