Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeronla görüşüb. Elchi.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Telegram” kanalında məlumat verib.
“Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi Devid Kemeron yeni vəzifəsində ilk işgüzar səfərini Ukraynaya edib”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, tərəflər silah və Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə ediblər. Zelenski həmçinin Kemeronla görüşü yaxşı adlandırıb və verdiyi dəstəyə görə Böyük Britaniyaya təşəkkür edib.
Havar Şəfiyeva