Ukrayna lideri Vladimir Zelenski Balidə keçiriləcək G20 sammitində iştirak etməyəcək.
Elchi.az xəbər verir ki, bu məlumatı İndoneziyanın dənizçilik və investisiyalar naziri Luhut Binsar Pancaytanın bəyanatına istinadən detikBali portalı verib.
Zelenskinin G20 sammitində iştirak etməyəcəyinə səbəb kimi onun tədbir zamanı “Ukraynanın daxili işləri ilə məşğul olması” göstərilir.
Pancaitan həmçinin Rusiya prezidenti Vladimir Putinin də sammitdə iştirak etmək üçün Bali adasına gəlməyəcəyini rəsmən təsdiqləyib.
İndoneziyalı nazir izah edib ki, Rusiya Federasiyası və Ukrayna liderlərinin “çox sıx qrafikləri var və onların sammitdə iştirak etməmək qərarına hörmətlə yanaşmaq lazımdır”.
İndoneziyada keçiriləcək sammitdə Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. Bu məlumatı RİA Novosti-yə Rusiyanın Cakartadakı səfirliyinin mətbuat attaşesi Aleksandr Tumaykin verib və əlavə edib ki, Putin sammitdə videoformatda çıxış edə bilər.
Şayəstə