Ukraynda Prezidenti Volodimir Zelenski bu gün Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
Elchi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zelenski almaniyalı həmkarından daha çox hava hücumundan müdafiə sisteminə ehtiyac duyduqlarını bildirib və digər müdafiə silahlarının tədarükü üçün kömək istəyib.
Kiyevdəki Prezident Aparatında bağlı qapılar arxasında keçirilən ikitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında Zelenski Almaniyaya Ukrayna ilə Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatında (BMT) təhlükəsizlik, iqtisadiyyat və sosial inkişaf məsələlərində əməkdaşlığa görə təşəkkür edib.
Şayəstə