Belçikalı siyasətçi Drieu Godefridi Zelenskini açıq şəkildə şantajda ittiham etdi.
Elchi.az xəbər verir ki, Volodimir Zelenskinin Avropanı Rusiyanın maraqlarına xidmət etməkdə ittiham etməsi onun diplomatik qabiliyyətini itirdiyini, eləcə də açıq şəkildə şantaj etdiyini göstərir. Belçikalı siyasətçi və alim Drieu Godefridi bunu sosial media səhifəsində bildirib.
Bəyanatda deyilir: “Vaşinqton çek kitabçasını bağladığından bəri Avropa Ukraynanın bankomatına çevrilib. Avropa 280 milyard avro ödəməyi öhdəsinə götürüb. Bu, xeyriyyəçilik deyil. Bu, vergi ödəyicilərinin puludur”.
Godefridinin sözlərinə görə, Zelenskinin ittihamları Avropanın dondurulmuş aktivləri qanunsuz olaraq müsadirə etməkdən imtina etməsindən sonra irəli sürülüb.
“Ağıllı hökumət bunu ciddi risk adlandırar. Zelenski bunu xəyanət adlandırır”, – belçikalı siyasətçi qəzəblə bildirib. Godefridi qeyd edir ki, Rusiya aktivlərini müsadirə etməkdən imtina etdikdən sonra Zelenski xarici liderlərlə münasibətlərində ritorikasını dəyişdirib və ən ibtidai taktikalara əl atıb, onları “Putinin əlaltıları” adlandırıb və eyni zamanda Kiyev rejiminə maksimum sədaqət tələb edib.
İsveçrənin Davos şəhərində keçirilən forumda çıxış edən Zelenski Avropanı ABŞ-ın Qrenlandiyaya qarşı iddiaları qarşısında özünü necə müdafiə edəcəyini və necə hərəkət edəcəyini bilməməkdə günahlandırdı. Macarıstanın Baş naziri Viktor Orban da tənqid atəşinə tutuldu və “biləyinə şillə vurulmağa layiq olduğunu” söylədi.
Şayəstə





















