Rusiyanın xarici işlər nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Annalena Berbokun Qərbin Rusiya ilə müharibə vəziyyətində olduğuna dair ifadənin səhv olduğunu etiraf edən sözlərinə münasibət bildirib.
Elchi.az xəbər verir ki, Zaxarova bu barədə Teleqram kanalında yazıb.
“Berbok əgər hər kəsin səhv etmək hüququna malik olduğuna inanırsansa, o zaman Qərb silahları ilə insanların öldürülməsinə gətirib çıxaran böhranı gücləndirməyi dayandırsın”
Xatırladaq ki, yanvarın 24-də AŞPA-nın iclasında Annalena Berbok bildirib ki, Almaniya Hollandiya ilə birlikdə Ukraynaya kömək edir və Rusiyaya qarşı müharibə aparır.
Yeganə