“Kiyev Vaşinqton və Brüsseldə razılıq əldə etsə, Rusiya və Ukrayna arasında danışıqlar baş tutacaq”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
Onun sözlərinə görə, Zelenski uzun müddətdir ki, heç bir müstəqil qərar qəbul etmir.
“Danışıqlar həm Minskdə, həm də İstanbulda aparılıb. Hər bir halda Qərbin təkidi ilə Ukrayna tərəfinin təşəbbüsü ilə yekunlaşıb. Kiyevlə bağlı qərarlar digər paytaxtlarda qəbul edilib. İndi son sözü Bayden deyir”, – deyə Verşinin qeyd edib.
Verşinin Rusiya tərəfinin danışıqlarda irəli sürdüyü əsas şərti də xatırladıb. O, qeyd edib ki, danışıqlar o zaman başlayacaqlar ki, ukraynalılar real vəziyyəti tanımağa və ilkin tələblərdən əl çəkməyə razılaşsınlar.
“Bütün düşmənçilik danışıqlarla başa çatır. Biz hələ də Kiyevlə dialoqa hazırıq”, – Verşinin deyib.
Yeganə