Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib ki, Ukraynadakı polşalı muzdlular ölkənin qərbində pulsuz torpaq sahələri ilə mükafatlandırılırlar.
Elchi.az Lenta.ru-ya istinadən bildirir ki, Zaxarovanın sözlərinə görə, söhbət Volın, Lvov və Transkarpat bölgələrindən gedir.
Ukrayna qanunvericiliyi hazırda Ukrayna vergi ödəyiciləri hesabına ölən muzdluların ailələri üçün güzəştli kreditlərin verilməsini və evlərin tikintisini nəzərdə tutur.
“Mən tam əminəm ki, Qərbin Ukrayna ərazisində əsl etnik təmizləmə apardığına dair bütün əlamətlər var. Qərb kuratorları ukraynalıları bir xalq kimi tamamilə məhv etmək üçün hər şeyi edirlər”,-deyə Zaxarova bildirib.
Yeganə