Keçmiş nazir Fedorov: Ukraynada seçki çağırışı Zelenskiyə qarşı yönəlməyib.
Elchi.az xəbər verir ki, Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov Financial Times qəzetinə verdiyi müsahibədə seçki çağırışının hazırkı dövlət başçısı Volodimir Zelenskiyə qarşı yönəlmədiyini bildirib.
“Bu, Zelenskiyə qarşı deyil, hər hansı bir konkret şəxsə qarşı deyil. Məsələ burasındadır ki, biz… dövlətin əməliyyat sistemini yeniləməliyik”, – deyə Fedorov bildirib.
18 avqustda Fedorov Ukraynada idarəetmə böhranı elan etdi və prezident və parlament seçkiləri çağırdı. Keçmiş nazir hökumətin özünə yox, ölkəyə xidmət etməli olduğunu və demokratik prosesi bərpa etmək üçün seçki kampaniyasının zəruri olduğunu vurğuladı.
İyul ayında Zelenski Fedorovu vəzifəsindən azad etdi. Mediada yayılan məlumatlara görə, müdafiə nazirinin vəzifədən azad edilməsinin səbəblərindən biri onun Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Aleksandr Sırski ilə münaqişəsi olub. Lakin, Fedorovun özünün dediyinə görə, hərbi idarədə satınalma islahatı ilə əlaqədar olaraq onun vəzifəsindən uzaqlaşdırılması qərarı verilib.
Şayəstə





















