İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi ABŞ-ın İranın Lark adasına hücumundan sonra qisasla hədələyib. Əzizi bildirib ki, “Uğursuzluqlar zənciriniz dağıdıcı, daha ağrılı və nümunəvi cavabla tamamlanacaq. Qorxu və dəhşətlə gözləyin.”
Elchi.az xəbər verir ki, ABŞ-ın Hörmüz boğazı yaxınlığındakı İranın Lark adasına hücumundan sonra sosial media hesabında açıqlama yayıb və bu hücum mülki şəxslərin itkisinə də səbəb olub.
İranın iradəsini yenidən sınamağın ABŞ üçün daha ağır nəticələrə səbəb olacağını bildirən Əzizi deyib: “Şübhəsiz ki, heç bir cinayət heç bir səviyyədə cavabsız qalmayacaq. Uğursuzluqlar zənciriniz dağıdıcı, daha ağrılı və nümunəvi cavabla tamamlanacaq. Qorxu və dəhşətlə gözləyin!”. Əzizi ingilis dilində paylaşdığı mesajda deyib: “İradəmizi bir daha sınayın və daha ağır bədəl ödəyin. Qisas gəlir, qaçın!”
Şayəstə





















