ABŞ Prezidenti Donald Tramp İrana iqtisadi təzyiqin işə yaradığını bildirərək əlavə edib ki, “İranın nüvə silahı olmayacaq”.
Elchi.az xəbər verir ki, Fox News-a verdiyi müsahibədə Tramp ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibəni şərh edib.
İranın Körfəz bölgəsindəki ölkələrə qarşı qisas hücumlarından özü də daxil olmaqla hər kəsin təəccübləndiyini deyən Tramp, “İranın nüvə silahı olmayacaq” ifadəsini təkrarlayıb.
Tramp iddia edib ki, Tehranın Körfəz bölgəsindəki ölkələrə hücumları göstərir ki, əgər nüvə silahı olsaydı, onu “atəş edəcək”, bu da Yaxın Şərqi, İsraili məhv edəcək və Avropanı və ABŞ-ı növbəti hədəfə çevirəcək.
ABŞ Prezidenti Tramp deyib: “Əgər mən ABŞ-ın Prezidenti olmasaydım, İsrail yox olardı. Yaxın Şərq də yəqin ki, mövcud olmazdı”.
Tramp ABŞ-ın İrana qarşı dəniz blokadasının və iqtisadi təzyiqinin işə yaradığını bildirib və İranın “solmaqda olan ölkə” olduğunu təkrarlayıb.
Şayəstə





















