Zaxarova etnik ruslara silah gəzdirmək qadağasına görə Estoniyanı faşist Almaniyası ilə müqayisə edib.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Estoniyanın bu ölkənin sakinlərinin etnik mənsubiyyətcə rus olduqları təqdirdə silah gəzdirməsini qadağan edən qanunun qəbulunu şərh edib.
Diplomat Baltikyanı respublikanı nasist Almaniyası ilə müqayisə edərək, sonuncu dəfə belə tədbirlərin Adolf Hitler tərəfindən tətbiq edildiyini xatırladıb. Xüsusilə, 1938-ci il Almaniya qanununa əsasən, yəhudi əsilli şəxslərin silah istehsalında iştirak etməsi, qaraçı əsilli şəxslərin isə silah sahibi olması qadağan edilib.
“Gördüyünüz kimi, hazırkı Estoniya hökuməti Estoniyanın rus sakinlərini daha da məhdudlaşdırmaq cəhdi ilə yəhudilərin silah hüquqlarını tənzimləməkdə Hitlerinkindən də irəli getdi”, – Zaxarova vurğulayıb.
Şayəstə