“Bəzi ölkələr Ukraynadakı vəziyyətin həllində vasitəçi olmağı təklif edir”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, vasitəçi olmağı təklif edən ölkələr öz məqsədlərini güdürlər.
“Bir çox ölkələr Ukrayna böhranının nizamlanmasında iştirak etməyə hazır olduqlarını bəyan edirlər, bəziləri isə bizə birbaşa vasitəçilik xidmətlərini təklif edirlər. Bəziləri bunu səmimiyyətlə edir, bəziləri isə öz eqoist məqsədlərini güdür, xarici siyasətdən dividentlər almaq üçün danışıqlar prosesinə girməyə çalışır”.
Zaxarovanın sözlərinə görə, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri birmənalı və çox aqressiv anti-Rusiya mövqe tutmuş ölkələrdən vasitəçilik təklifləri eşitmək qəribədir. Söhbət Kiyev rejimini dəstəkləyən və ona hərbi yardım göstərənlərdən, Ukraynanı qəsdən ən müasir silahlarla dolduranlardan gedir.
“Məlumdur ki, İtaliya geniş çeşiddə silah və hərbi texnika ilə yanaşı, Kiyevi piyada əleyhinə minalarla təmin edir”, -deyə Zaxarova bildirib.
Yeganə