Bu gün yerli vaxtla 17:02-də Zaqatalada zəlzələ baş verib.
Seysmoloji Xidmət Mərkəzindən Elchi.az-a verilən xəbərə görə, zəlzələ Zaqatala stansiyasından 10 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 3.9, dərinliyi 23 km olub.