"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Zərdüşt Əlizadə: “Azərbaycan hakimiyyəti xarici siyasətdə çox bacarıqlıdır” – MÜSAHİBƏ

25 Fevral 2016 - 18:51
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Politoloq Zərdüşt Əlizadə ölkədə və regiondakı aktual siyasi məsələlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Politoloq öncə Rusiyanın Ermənistana ucuz qiymətə bahalı silahlar satmasına və aşağı şərtlərlə kredit verməsinə münasibət bildirdi:
– Hər kəsə bəllidir ki, Rusiya müntəzəm olaraq Ermənistana çox aşağı şərtlərlə milyonlarla dollar dəyərində kredit ayırır. Verilən kreditlər, borclar Ermənistanı Rusiyadan daha da asılı edir.  Ermənilərə 200 milyon dollarlıq silah verən Kreml həm də Azərbaycanı təhrik etmək istəyir ki, ondan daha böyük məbləğdə silah alsın. Bu, bir marketinqdir. 2015-ci ildə Rusiyanın Azərbaycan da daxil olmaqla Avropa ölkələrinə satdığı silahın həcmi 237 faiz artıb.
– Ermənistana ucuz qiymətə silah satışı Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərir?
– Dağlıq Qarabağ münaqişəsi ona görə həll olunmur ki, Ermənistanın silahı var, yaxud bizdə silah azdır? Xeyr. Qarabağı işğaldan azad etmək üçün bizim kifayət qədər hərbi gücümüz var. Qısa müddət ərzində o torpaqları azad edə bilərik. Amma bilirsiniz, MDB məkanındakı münaqişələri Rusiya yaradıb və onların həll olunmasını istəmir. Gürcüstan ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlara başladı, amma Rusiya onu sərt cəzalandırdı, az qalmışdı ki, Tiflisi də tutsunlar. Odur ki, Azərbaycan Dağlıq Qarabağı azad etmək istəsə, qarşısında Ermənistandan öncə Rusiyanı görəcək. Müharibəyə başlasa, Azərbaycanı Gürcüstanın taleyi gözləyir. Rusiya münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqla hər iki tərəfə təzyiq etmək istəyir. Azərbaycan hakimiyyəti Rusiyanın  kimliyini, nə olduğunu çox yaxşı başa düşür. Bir müddət əvvəl politoloq Eldar Namazov və Ermənistanda tanınmış siyasətçi David Şahnazaryan dünyaya müraciət etmişdilər ki, Rusiya Azərbaycan və Ermənistana silah satmasın. İki ölkəyə silah satmaq həmsədr olaraq Rusiyanın obyektivliyini şübhə altına qoyur.
– Bəzi ekspertlər iddia edirlər ki, Rusiya Türkiyə ilə münasibətlərinin pozulmasına görə Ermənistanda hərbi mövqelərini gücləndirir. Bu iddialar nə dərəcədə ağlabatandır?
– Boş-boş söhbətlərdir. Qüdrətli Türkiyə ordusunun qarşısında Ermənistan nədir ki… Baxmayaraq ki, Rusiyanın Ermənistanda hərbi bazası var, müharibə olsa, Ankara iki günün içərisində Ermənistanı tutar. Rusiya Türkiyə və Suriya məsələlərini bəhanə gətirib Ermənistanı tam ələ keçirir.
– Bir müddət öncə rusiyalı deputatlar Qars müqaviləsinin ləğvi təşəbbüsü ilə çıxış etmişdilər…
– Buna deyirlər şantaj. Rusiya heç vaxt bu müqaviləni ləğv etməyəcək. Ləğv etsə, bütün bəlalar sel kimi Kremlin üzərinə axacaq. Rusiyanın mövcudluğunun səbəblərindən biri də odur ki, onun indiki sərhədləri bir sıra beynəlxalq müqavilələr tərəfindən təsdiq olunub. Qars müqaviləsi ləğv olunsa, digər müqavilələr də bir-birinin ardınca qüvvədən düşəcək.
– Suriyada atəşkəslə bağlı razılıq əldə olunsa da, Rusiya orada bəzi qruplaşmaları vurmaqda davam edir. Sizcə, Suriyada atəşkəsə tam nail olmaq mümkündürmü?
– Rusiya çox doğru olaraq Suriyada İŞİD, Ən-Nusra Cəbhəsini bombalayır. Çünki razılaşmaya qədər terror qruplaşmalarına qarşı əməliyyatlar davam etdirilməlidir. ABŞ, Rusiya, hətta Əsəd də oranı bombalayır.
– Rəsmi Ankara PKK-nın Suriya qolu olan PYD-nin terrorçuların siyahısına salınmamasına etiraz edib. Ərdoğan hesab edir ki, silahlı kürdlər də bombalanmalıdır. Sizcə, PYD niyə terrorçuların siyahısına salınmayıb?
– Suriya ilə bağlı qərarları əsasən, iki ölkə – Rusiya və ABŞ verir. Onlar hesab edirlər ki, PYD terror təşkilatı deyil. Mən istəyərdim ki, Suriyada atəşkəsə tamamilə riayət edilsin. Suriya möhtəşəm ölkə idi. İndi xaraba günə salınıb.
– Bir müddət öncə xarici işlər nazirinin müavini Araz Əzimov müsahibəsində bildirib ki, Bəşər Əsəd Suriyanın təhlükəsizliyinin, ərazi bütövlüyünün yeganə qarantıdır. Siz necə düşünürsüz?
– Azərbaycan hakimiyyəti Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Amma bizim bəzi “demokratlar” şüvən qoparırlar ki, bu, İrana, Rusiyaya yaxınlaşmaqdır, Türkiyənin maraqlarına zidd mövqedir.  Suriyada hakimiyyət Bəşər Əsədə atasından keçib. Həm Hafiz Əsədin, həm də Bəşərin dövründə Suriya dünyəvi dövlət idi, ölkə hərtərəfli inkişafda idi. Sovet İttifaqında da bütün xalqlar mehriban, dinc şəraitdə yaşayırdılar. Sonra demokratlar gəldi, seperatizm gücləndi, ölkələr parçalandı. İndi Suriyada da eyni durumdur. Əsəd Suriyanın milli müstəqilliyini qorumaq üçün mübarizə aparır.  İŞİD isə İslam xilafəti yaratmaq istəyir. Onlar üçün milli müstəqillik anlayışı yoxdur. Orada ikinci qüvvə kürdlərdir. Muxtariyyətləri, ordusu var. ABŞ və İsrailin dəstəyi ilə “Böyük Kürdüstan” dövləti yaratmaq istəyirlər. “Böyük Kürdüstan”ın xəritəsi Livan, Suriya, İraq, Türkiyə və qismən də Azərbaycan torpaqlarını əhatə edir. Kürdlərin arzusu Suriyanın milli müstəqilliyinə ziddir. Qərb kürdlərə arzularını gerçəkləşdirmək üçün dəstək verir.  Suriyada gedən proseslərdə yeganə Bəşər Əsəddir ki, milli, vahid Suriya dövlətinin saxlanılmasını istəyir. Araz Əzimov peşəkar, savadlı siyasətçi kimi bunu dilə gətirib. Beynəlxalq hüquq, siyasət, diplomatiya ilə bağlı hırla-zırı bilməyən adamlar deyirlər ki, Araz Əzimov səhv danışıb, gərək belə deməyəydi. Dost, qardaş Türkiyənin məqsədi Əsədi devirmək idi. Bu da Suriyanın dağılması ilə nəticələndi. İndi biz də Suriyanı dağıdaq? Azərbaycan özü siyasi baxımdan ağır vəziyyətdədir və beynəlxalq hüququn şərtlərinin pozulmasından əziyyət çəkir. Beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan torpağıdır. Rusiya bizim yaxın qonşumuzdur və geniş əlaqələrimiz var. Amma Krıma görə Ukraynaya dəstək verdik. Niyə? Çünki ərazi bütövlüyü bizim üçün prioritet məsələdir. Bu xarici siyasətimizdə əsas xətdir.  Başda Amerika olmaqla 90-a yaxın ölkə Kosovanın müstəqilliyini tanıyır, amma Azərbaycan tanımır. Nəyə görə? Çünki Qarabağ problemimiz var. Sabah Dağlıq Qarabağın müstəqilliyini tanımasınlar deyə, biz hansısa ölkədən qoparılmış məkanın müstəqilliyini tanımırıq. Savadsız adamlar belə şeyləri anlamazlar. Mən Azərbaycan hakimiyyətinin daxili siyasətini tənqid edən adamam, amma Suriya, Kosovo, Krım məsələsində bizim xarici siyasətimiz çox düzgündür. Amma bizim bəzi “demokratlar”, cəbhəçilər deyirlər ki, hakimiyyətin bütün addımları səhvdir, Əsədə qarşı vuruşmalıyıq və s. Onlar elə o vaxt iqtidarda olanda da belə savadsız idilər. Ona görə də Qarabağ getdi.
– Azərbaycan prezidenti İlham Əliyev İran səfərində bir sıra maraqlı açıqlamalar verdi. İki ölkə arasında tarixi münasibətlərdən tutumuş, əməkdaşlıq imkanlarına qədər olan məsələlərə toxunuldu. Ölkə başçısı terrorçuluğa qarşı mübarizədə İrana dəstək verdiyini də ifadə elədi. İstərdim ki, ölkə başçısının İran sədərini dəyərləndirəsiz.
– Hər bir ağıllı prezident çalışar ki, qonşularla mehriban, dost münasibətlər qursun. Bizim Ermənistandan başqa bütün qonşularımızla münasibətlərimiz yaxşıdır. Bu mənada Ermənistan bizdən geridədir. Onlar iki ölkə ilə düşmən münasibətdədir. Türkiyə və Azərbaycan. Əsas əlaqələri Rusiya ilədir. İranın min illik dövlətçilik tarixi var. Ortaq dinə, mədəniyyətə, tarixə malikik. Münasibətlərimizi niyə korlamalıyıq? İqtisadi əlaqələrimizi daha da inkişaf etdirmək üçün güclü potensial mövcuddur.  Azərbaycan yaxın gələcəkdə güclü tranzit ölkəyə çevrilə bilər. Bu mənada mən prezident İlham Əliyevin İran səfərini yüksək qiymətləndirirəm. Azərbaycan hakimiyyəti xarici siyasət məsələsində bacarıqlıdır. İnsaf da dinin yarısıdır. Əgər qonşu ölkələrlə xoş münasibətlər qururuqsa, gərək buna sevinək. Rusiya Azərbaycanı tutanda buradakı bəzi xanlıqlar Çar ordusunun tərəfinə keçdilər, amma İran hökmdarları ciddi müqavimət göstərdilər. Hesab edirəm ki, iki ölkə arasında münasibətlər daha da inkişaf edəcək. Vaxtilə ABŞ bizim münasibətlərə əngəl yaratdı, imkanları əldən verdi, amma indi yaranmış fürsətdən istifadə etməliyik.

Bunu da oxuyun

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

– See more at: http://teleqraf.com/news/88922#sthash.4lSbP12I.dpuf

Previous Post

Zərdüşt Əlizadə: “Azərbaycan hakimiyyəti xarici siyasətdə çox bacarıqlıdır” – MÜSAHİBƏ

Next Post

Alman pivəsində xərçəng TƏHLÜKƏSİ!

Bənzər yazılar

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib, bu mərhələdə münaqişəyə son qoymaq üçün kütləvi hücumların bərpa olunub-olunmaması...

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12

Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də...

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54

İsveçdə hərbi təlim poliqonunda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər yaralanıb. Elchi.az -ın "Sveriges Radio"ya istinadən...

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52

ABŞ əvvəllər Almaniya tərəfindən alınmış və dəyəri 29,6 milyon dollar olan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əlavə 10 ədəd...

Next Post

Alman pivəsində xərçəng TƏHLÜKƏSİ!

Alman pivəsində xərçəng TƏHLÜKƏSİ!

Son xəbərlər

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54
Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12
İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54
ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52
Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

17 Sentyabr 2026 - 22:46
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

17 Sentyabr 2026 - 22:44
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

17 Sentyabr 2026 - 21:24
Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

17 Sentyabr 2026 - 21:21
Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19
Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

17 Sentyabr 2026 - 21:17
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

17 Sentyabr 2026 - 20:35
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

17 Sentyabr 2026 - 19:26
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 19:17
Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

17 Sentyabr 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.