Bu gün saat 14:00 radələrində Bakı şəhərinin mərkəzi də daxil olmaqla müəyyən ərazilərdə “Azercell Telekom” MMC-nin 3G şəbəkəsində zənglərin təşkilində və səsin ötürülməsində müəyyən problemlər yaranıb. “Azercell Telekom” MMC-nin mətbuat xidmətindən Elchi.az-a verilən xəbərə görə, buna səbəb MMC-nin şəbəkəsinin kommutasiya sistemində baş verən texniki nasazlıq olub. Texniki nasazlıq mütəxəssislər tərəfindən dərhal araşdırılıb, lazımi tədbirlər görülərək 14:45 radələrində problem aradan qaldırılıb. “Hazırda “Azercell Telekom” MMC-nin 3G şəbəkəsi tam gücü ilə fəaliyyət göstərir. Problemin bir daha təkrarlanmaması üçün mütəxəssislər tərəfindən aidiyyəti tədbirlər görülüb”, deyə məlumatda bildirilir.
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
Bu ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə əsas kapitala ümumilikdə 1 milyard 167 milyon 617 min...