"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“O vaxt Elçibəy öz toyunda….” – Video

29 Noyabr 2015 - 01:35
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tanınmış şair Rüstəm Behrudi bir müddət əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub. Onunla səhhəti və yaradıcılıq fəaliyyəti ilə bağlı söhbətləşdik. Rüstəm Behrudi bizimlə söhbətində həm yaradıcılığından, həm də dünyada gedən siyasi proseslərdən danışdı.

 

Axar.az tanınmış şair Rüstəm Behrudi ilə müsahibəni təqdim edir:

 

Mən Tanrıya çox yaxınlaşmışdım…

 

– Rüstəm müəllim, keçmiş olsun, əməliyyat  uğurla başa çatdı. İndi səhhətiniz necədir? Həkimlər sizə səhhətinizlə bağlı nə dedilər?

 

– Mənim həyatım üçün narahat olduğunuza və səhhətimlə maraqlandığınıza görə sizə təşəkkür edirəm. Mən dostların, həm də heç tanımadığım minlərlə adamın mənim üçün bu qədər narahat olacağını ağlıma gətirməzdim. Bir daha anladım ki, bu uzun, üzücü, əzablı illəri boşuna yaşamamışam. Həmişə düşünmüşəm ki, ömür illüziyadan başqa bir şey deyil. Yəni biz real həyatda deyil, bizi sevənlərin sevgisində yaşayırıq. Daha doğrusu, bizim ömrümüz bizi sevənlərin ömrü qədərdir. Bu mənada mən xoşbəxt adamam. Bir də bu xəstəlik mənim üçün gözlənilməz deyildi. Bilirəm ki, Tanrı ona daha çox yaxınlaşmaq cəsarətini göstərən adamları cəzalandırır və mən Tanrıya çox yaxınlaşmışdım…Qaldı həkimlərin nə dediyinə, yaxın illərdə mənim üçün ürək sarıdan ölüm-itim yoxdur. Deyəsən, ölümü bu dəfə də aldatmışam.

 

– Yazı masasında poeziya hər şeyin fövqündə görünür, bəs, əməliyyat masasında necə?

 

– Poeziyanın hər şeyin fövqündə dayandığı düşüncəsi danılmaz bir həqiqətdir. Musa üçün Tövrat, İsa üçün İncil, Məhəmməd üçün Quran nədirsə, şeir mənim üçün həmin şeydir. Göy üzü ilə yer üzü arasındakı boşluğu dolduran nədirsə, şeirdə Tanrı ilə bəndə arasındakı boşluğu dolduran həmin şeydir. Mən Tanrı ilə bəndə arasındakı boşluğu doldurmağa çalışan bir adamam. Mən elə-belə əcəllə ölən biri deyiləm. İncildə “Başlanğıcda söz var idi, söz Allahın nəzdində idi və söz (kəlam) Allah idi” fikri, zənnimcə, şeir haqda deyilib. Mən incəsənətin üç ilahi məqamını tanıyıram- söz (şeir), musiqi (ifa sənəti bura daxil deyil) və rəssamlıq (Rembrandt, Da Vinçi, Pikasso, Dali, Səttar Bəhlulzadə). Məncə, bu üçünün də ən ilahisi şeirdir…

 

Mənim əməliyyat masasında belə ağlımda adamlar deyil, söz var idi və öz-özümə içimdə mənə hüzur gətirən aşağıdakı misraları pıçıldamışdım:

 

Yorulmuşam, ilahi,

Məndən bezib bu can da.

Dadı qaçıb şirindi,

Çəkdiyim acının da.

 

Göz dağıdı pəncərəm,

Qapı deyil qapım da,

Kimim var ki, itirim,

Nəyim var ki, tapım da.

 

– Sizin şeirləriniz mələk-şeytan personajları ilə zəngindir. Bəs, əməliyyat masasında sizə hansı daha yaxın idi? Gözünüzə hansı göründü?

 

– Doğrusu, mən bizim şairlərin uydurduğu mələkləri heç vaxt görməmişəm. Mələklərin, ilham pərisinin şeir yazdırdığı fikrini uyduran şairləri yalançı, fırıldaqçı kimi tanıyıram. Hərdən gecələr yuxularımda uçuram. Elə anlarımda həmişə düşünürəm ki, insan elə mələkdir. Şeytanı isə yuxularımda tez-tez görürəm. Özü də həmişə eyni cür, eyni ucalıqda.

 

Şeir nəfəs almağı unudan adamdır

 

– Rüstəm  müəllim, bilirik ki, ədəbiyyat adamlarının həyatı maraqlı, qəribə, gülməli xatirələrlə dolu olur, bu xatirələr də oxuculara maraqlıdır. Məsələn, sizin Ramiz Rövşən, Vaqif Səmədoğlu, Musa Yaqub, Vaqif Bayatlıkimi şairlərlə bağlı maraqlı xatirələriniz var…

 

– Aqşin, heç vaxt həyatımda “dost” deyə biləcəyim adamlar olmadı. Mən ömrüm boyu tək yaşadım. Azərbaycanın bütün böyük sənət adamları ilə isti münasibətlərim oldu. Ancaq heç biri sənin dediyin o böyük dostluq səviyyəsinə ucala bilmədi. Bu, bəlkə də mənim günahımdır. Heç kimlə sona qədər yol gedə bilmədim. Bəlkə də düz 25 ildir qəzet səhifələrindəki “Tək adam” rubrikası buna görə mənim adımla bağlıdır və ağlım kəsəndən mən təkbaşına bir adamam.

 

Bu sualın mənə bir şeyi xatırlatdı. 1979-cu ildə rəhmətlik Əbülfəz Elçibəy Kələkidə öz toyunda məni çox sevdiyim Vaqif Cəbrayılzadə (şair Vaqif Bayatlı Odər nəzərdə tutulur – red.) ilə tanış elədi. Vaqif mənim ilk şeirlərimi “Ulduz” jurnalında çap etdi. Tale elə gətirdi ki, mən də uzun illərdən sonra onun ilk kitabını redaktor kimi hazırlayıb çap elədim. Adını da mən qoydum- “Unudulacaq bütün sevdalar”. Qəribə deyilmi? O, mənim ilk şeirimi, mən onun ilk kitabını…

 

– Şeir demişkən, sizin “Salam, dar ağacı” şeiriniz böyük ideologiya yükü daşıyır. Bu şeir Azərbaycan tarixində mühüm rol oynayıb, yəni nəyisə dəyişə bilib. Bəs, sizcə, poeziyanın belə bir missiyası varmı? Yəni hər şeir mütləq nəyisə dəyişməlidirmi?

 

– Aqşin, sən özün də şair olduğun üçün bilirsən ki, şairlik tale məsələsidir. Mən “Salam, dar ağacı” kitabından əvvəl də türk dünyasında məşhur olan “Şaman duaları” kitabını yazmışdım. Ancaq “Salam, dar ağacı” mənim şair taleyimə çevrildi. Bu yaxınlarda türk dərgilərinin birində oxudum ki, bu şeir nə vaxtsa qurulacaq Turan dövlətinin himni olacaq. Olacaq, ya olmayacaq – bu, gələcəyin işidir. Ancaqhəqiqətdir ki, bu şeir 300 milyonluq bir millətin dillər əzbəridir.

 

Sizə bir həqiqət də deyim. Axı mən bu kitabdan daha gözəl kitablar yazdım. Nədənsə, hamısı bu şeirin kölgəsində qaldı. Ancaq inanıram ki, nə vaxtsa dar ağacına ehtiyac qalmayanda, mənim qalan kitablarım o şeirin əsarətindən qurtulub, əsil qiymətini alacaq.

 

Mənə elə gəlir ki, ən ilahi şeir belə nəyisə dəyişmək gücündə deyil və bu şeirin missiyası ola bilməz. Şeirin əsil missiyası nəyinsə üstünə düşmüş kölgəni qaldırmaq, öləziyən şamı yenidən alovlandırmaqdır. Şeir nə şamdır, nə ondan gələn alov. Şeir şamın, alovun üstündən əsib keçən ruzigardır – doğum və ölüm yeri bəlli olmayan ruzigar. Şairlər belə hərdən onun nə zaman, haradan əsib keçdiyini bilməzlər. Şeir nəfəs almağı unudan adamdır. Nəfəs almağı unudan adam nəyi dəyişə bilər ki?!

 

Türkiyəyə qarşı oyun oynamaq istəyirlər

 

– Hazırda ədəbi fəaliyyətiniz hansı məcraya yönəlib? Nə yazırsınız?

 

– Son vaxtlar şeir yaza bilmədiyim vaxtlarda ünvansız fəlsəfi məktublar yazıram. Hərdən mənə elə gəlir ki, şeirdə deyə bilmədiyim çox şeyi bu məktublarda demişəm. Bu yazılar məni qiyamçı olmaqdan qoruyur.

 

15-20 ildir bir tamaşa üzərində işləyirəm. Tam sağalan kimi Səmərqəndə gedəcəyəm. Mənim yazdığım əsərdə (Əmir Teymur haqqındadır) oradan başlayan bir yol var. Mən də əsərin sonunda oradan başlayan yolun özünü anlatmaq istəyirəm. Ondan sonra o əsəri bitirmək üçün mənə bircə həftə vaxt lazımdır. Bu, süjet xətti, obrazları olmayan psixoloji bir poemadır. Mən sonradan onu səhnələşdirəcəyəm. Obrazları olmayan bir əsəri səhnələşdirmək, sənə gülməli gələ bilər, ancaq bunu mütləq edəcəyəm.

 

– Elə hazırda da dünyada, demək olar ki, obrazları olmayan III Dünya Müharibəsi gedir. Müəyyən müddət siyasətin içində olmuş adam kimi bu prosesləri necə dəyərləndirirsiniz? Dünyada nə baş verir?

 

– Aqşin, yəqin, sən də bilirsən ki, hətta güllələrin susduğu zamanlarda belə yer üzündə müharibə gedib. Sadəcə olaraq, illərlə davam edən sükutun səsi indi-indi səsə, atəşə çevrilib. Böyük güclər dünyanın xəritəsini öz maraqlarına uyğun formada yenidən şəkilləndirmək istəyirlər.

 

Böyük təbii sərvətlərə malik orta şərq bu savaşın ən zəif halqasıdır. İslam, islami dəyərlərin eybəcərləşdirilməsi buna rəvac verən ən böyük amildir. Düz 1400 ildir öz doğulduğu ərazini xilas edə bilməyən İslam dini dünyanın xilasedicisi rolunda çıxış etmək istəyir. Özü də eybəcər bir formada- İŞİD-in formasında. Bundan istifadə eləyən Qərb və Amerika, İran, Rusiya öz əbədi düşmənlərinə- Türkiyəyə oyun oynamaq istəyirlər.

 

Bu hay-küy çox mətləbdən xəbər verir

 

– Son vaxtlar elə qardaş ölkə Türkiyə də bu proseslərin içində müəyyən mənada yer alır…

 

– Bildiyimiz kimi, 2023-cü ildə Türkiyənin əl-qolunu bağlayan Lozanna anlaşmasının müddəti sona çatır. Böyük güclər Türkiyəni əl-qolu açılmamışbölmək, parçalamaq istəyirlər. Osmanlı imperiyasının başına gətirilənləri Türkiyənin başına gətirmək istəyirlər. Türkiyə federallaşmaq təhlükəsi qarşısındadır. Bu, qorxulu bir oyundur.

 

– Rüstəm müəllim, illər keçdikcə insan yeni ağrılarla tanış olur. Bəs, hansı ağrı sizi daim narahat edir?

 

– Ən böyük dərdimdir – min il sonra da ruhumun şəklini çəkməyəcəklər.

 

Previous Post

“O vaxt Elçibəy öz toyunda….” – Video

Next Post

Prezident hakim komandanı dəyişir

Bənzər yazılar

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04

Azərbaycanın 6 idmançısı bu gün Bakıda start götürən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib. Bu barədə Elchi.az...

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01

Türkiyənin Muğla və Balıkesir vilayətlərində meşəlik ərazilərdə yanğınlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb....

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58

ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb. Elchi.az  xəbər verir ki, bu barədə o Hyustonda (Texas...

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10

İran qonşu ölkələr və Yaxın Şərq respublikaları ilə yaxşı münasibətlər istəyir və Misirlə heç bir ixtilafın olmadığını bildirir. Elchi.az  "Tasnim"ə...

Next Post

Prezident hakim komandanı dəyişir

Prezident hakim komandanı dəyişir

Son xəbərlər

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

29 Avqust 2026 - 13:08
Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37
Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

29 Avqust 2026 - 11:40
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

29 Avqust 2026 - 11:30
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

29 Avqust 2026 - 11:11
Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

29 Avqust 2026 - 10:54
FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

29 Avqust 2026 - 10:35
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

29 Avqust 2026 - 10:21
“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.