“Port Bazar” və “Rahat” marketlər şəbəkəsinin təşəbbüsü ilə 44 günlük haqq savaşında qazanılan qələbəyə və şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər Kuboku” və müxtəlif hədiyyələr sahiblərinə təqdim edilib.
ANC GROUP MMC-də baş tutan “ZƏFƏR” turnirinin final oyunlarında şirkətdə çalışan Vətən Müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib, hər biri mükafatlandırılib. Torpaqlarımızın işğaldan azad olunmasının birinci il dönümünə həsr olunmuş “ZƏFƏR” turnirinin qalibləri – birinci yerin sahibi “Ağdam” klubu, ikinci yerin sahibi “Xudafərin” klubu, üçüncü yerin sahibi “Murov” klubu olub.
Final oyunundan sonra ANC GROUP-un Baş direktoru Samir Abdullayev qalib komandalar və fərqlənən oyunçuları xüsusi pul mükafatları, hədiyyələr və diplomlarla mükafatlandırıb.
1. Ən yaxşı qapıcı – Əlibala Quluzadə “ AĞDAM” komandası
2. Ən yaxşı müdafiəçi – Fərəc Hümbətov “ XUDAFƏRİN” komandası
3. Ən yaxşı oyunçu – Emin Həsənov “ AĞDAM “ komandası
4. Ən məhsuldar oyunçu – Elşən Mustafayev “ KƏLBƏCƏR “ komandası 17 qol
5. Ən yaxşı komanda meneceri – Vüqar Nəcəfov “ AĞDAM “ komandası
Daha sonra S.Abdullayev bildirib ki, şirkət olaraq turnirin hər il keçirilməsi nəzərdə tutulur.
Futbol turnirinin əsas qalibi Dostluq, Qardaşlıq, Həmrəylik, Birlik oldu. Zəfər günümüz mübarək!