Yunanıstanın İkariya adasının sahillərində iki yük gəmisinin toqquşduğu açıqlanıb.
Elchi.az xəbər verir ki, Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, qəza adanın 13 dəniz mili qərbində baş verib.
Xəbərdə birinin 21, digərinin isə 22 heyət üzvü olan yük gəmilərində ölən və ya yaralanan olmadığı, qəzanın səbəblərinin araşdırıldığı bildirilib.
Nuranə Məmmədova