Misirin İsgəndəriyyə şəhərində silahlı hücum nəticəsində iki İsrail vətəndaşı və bir Misirli tur bələdçisi həlak olub, bir israilli isə yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu səhər Misirin İsgəndəriyyə şəhərinə səfər edən bir qrup israilli turist zamanı yerli sakin onlara atəş açıb, nəticədə iki İsrail vətəndaşı və bir yerli misirli bələdçi həlak olub. Daha bir israilli isə orta dərəcədə yaralanıb”.
“Xarici İşlər Nazirliyi və İsrailin Qahirədəki səfirliyi, Milli Təhlükəsizlik Şurası, Baş Nazirlik və ordu ilə birlikdə İsrail vətəndaşlarının İsrailə tez bir zamanda qayıtmasını təmin etmək üçün Misir hakimiyyəti ilə işləyir”, – deyə mətbuat xidməti əlavə edib.
Ekstra xəbər kanalına istinadən Misir təhlükəsizlik xidmətinin nümayəndəsinin verdiyi məlumata görə, polis məmuru xidməti silahından istifadə edərək İsraildən gələn bir qrup turistə fərq qoymadan atəş açıb. O, şəhərin mərkəzi hissəsində yerləşən Manşeya meydanının təhlükəsizliyini təmin edən dəstənin tərkibində olub. Bir qrup israilli turist qədim sinaqoqu ziyarət etmək üçün əraziyə gəlib.
Nuranə Məmmədova