“YouTube” Trampın kanalını bərpa edib

70

“YouTube” videohostinqi ABŞ-ın keçmiş prezidenti Donald Trampın kanalının bərpa olunduğunu elan edib.

Elchi.az xarici mediaya istinadən bildirir ki, indi səhifədə yeni məzmun dərc etmək mümkündür.

“Bu gündən Donald Trampın kanalına giriş artıq məhdudlaşdırılmayıb, ora yeni məzmun yükləmək olar. Biz real dünyada davam edən zorakılıq risklərini diqqətlə qiymətləndirmişik, eyni zamanda seçicilərin seçkidən əvvəl əsas namizədlərdən bərabər eşitmə qabiliyyətini tarazlaşdırmışıq”, – deyə xidmətin “Twitter” səhifəsində qeyd olunub.

Qeyd olunur ki, “YouTube” Trampın səhifəsini hər hansı digər kanal kimi izləməyə davam edəcək.

Yeganə