Bu ilin fevral ayının yekunlarına görə, Avrozonada illik inflyasiya 0,1 faiz azalaraq 8,5 faiz təşkil edib.
Elchi.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Statistika Xidməti (Eurostat) məlumat yayıb.
Yanvarda Avrozonada illik inflyasiya 8,6 faiz təşkil edib. Belə ki, qışın son ayının yekunlarına görə, bu göstərici rayonda istehlak qiymətlərinin artımının 8,1 faizə bərabər olduğu 2022-ci ilin may ayından sonra ən aşağı səviyyədə olub.
Eyni zamanda, ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarının qiyməti yanvar ayı ilə müqayisədə daha sürətli – 14,1 faizə qarşı 15 faiz artıb. Eyni zamanda, fevralda regionda enerji daşıyıcılarının qiymətlərinin artımı kəskin şəkildə 18,9 faizdən 13,7 faizə enib.
Yeganə