Livescience.com saytında dərc olunan xəbərə görə, Yuta Universitetinin alimləri seysmik dalğaları müşahidə edərək, apardıqları araşdırmalarda planetin nüvəsinin quruluşu ilə bağlı yeni tapıntılara nail olublar.
Elchi.az bu barədə Trthaber.com-a istinadən bildirir.
Tədqiqatda zəlzələ dalğalarını ölçmək və nüvə silahı sınaqlarını izləmək üçün dünyanın müxtəlif yerlərində yerləşdirilən 20 seysmik sayğac vasitəsilə 5,7 və daha yuxarı bal gücündə seysmik dalğalar araşdırılıb. Bu böyüklükdə 2455 zəlzələ qeydinin olduğu, bu boyda zəlzələ dalğalarının yerin daxili nüvəsinə qədər titrəyə bildiyi və seysmometrlərin qeyd edə bildiyi bildirilib.
Araşdırmanın müəlliflərindən biri olan Utah Universiteti Geologiya və Geofizika bölməsinin professori Keyt Koper qeyd edib ki, maye dəmir burulğanları bərk daxili nüvənin içərisində qapalı ola bilər.
Yerin əmələ gəlməsi zamanı maye halında olduğuna diqqət çəkən Koper bildirib:
“Dəmir daha ağır olduğu üçün nüvə əmələ gəlməsi dediyimiz hadisəni əldə edirik. Metallar mərkəzə doğru batdıqca mayeləşmiş süxur çöldə qalır və zamanla donur”.
Tədqiqatda həmçinin qeyd edilib ki, daxili nüvədə homogen olmayan komponentlər var.
Araşdırmanın həmmüəllifi Dr. Quanninq Panq söyləyib:
“Bu cür qeyri-homogenliyin bütün daxili nüvədə olduğunu ilk dəfə təsdiqlədik”.
Qeyd edək ki, araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Yeganə