yerimi yanında salmışam Alllah,
yerimi heç kimə demə!
sevib öldürərlər məni,
öldürüb sevdirəllər məni.
barmağıma doladığım gündü-əynimdəki
geriyə atdığım daşdı-başımdakı.
gözümdəki şəkillərdə özgələşir,
günahımı dedikcə yerim gözəlləşir
yerimi heç kimi demə….
nağıllara inanmayan,
bizi də inandırmayan,
duasından -ildırım çaxan,
baxışından -bulud ağlayan
nənəmin yanındayam Allah !
yerimi heç kimə demə…
gölgəsi düşməsədə üstümə,
kimsəsizlər yaşadan,
adamlığın kitabın
Tanrı kimi ucaldan,
Dədəmin yanındayam Allah !
yerimi heç kimə demə…
üstüm-başım sən verəndi,
içimə bir az ağrı götürdüm.
çox şeyi açıb-tökmədim
yanına bağlı götürdüm.
yerimi yanında salmışam ,Allah !
yerimi heç kimə demə…
yerimi balama demə…
qoy,yolumu gəlib tapsın !