"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Yerevana çevrilən İrəvan

19 İyul 2025 - 12:00
in SOSİAL

İrəvan

FacebookVatsap

Qədim türk şəhərinin ruhunu sildikləri saxta erməni paytaxtı

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Tarixin dərin qatlarında öz köklərini möhkəm salmış İrəvan şəhəri, əsrlər boyu Qərbi Azərbaycanın, ümumilikdə Azərbaycan türk-müsəlman dünyasının mühüm mədəni, iqtisadi və inzibati mərkəzi olmuşdur. Lakin XIX əsrin ortalarından başlayaraq, Rus imperiyasının işğalı, daha sonra Sovet hakimiyyətinin qurulması ilə İrəvanın türk-müsəlman simasını sistemli şəkildə dəyişdirməyə, hətta tamamilə yox etməyə yönəlmiş siyasətlər həyata keçirildi. Bugünkü Ermənistanın paytaxtı Yerevan isə bu proseslərin nəticəsi olaraq formalaşmış, tarixi və mədəni dəyərləri, xalqının izləri silinmiş saxta bir erməni paytaxtıdır.

İrəvanın tarixi və memarlıq irsi: Türk-müsəlman mədəniyyətinin incisi

İrəvan qədim zamanlardan Azərbaycanın türk-müsəlman şəhəri kimi məşhur olmuşdur. Zəngi çayının sıldırımlı sahilində yerləşən Dərə məhəlləsi, Dərə bağları, Təpəbaşı, Şəhər, Dəmirbulaq kimi məhəllələr min illər boyunca türk-müsəlman əhalinin yaşadığı, zəngin memarlıq və mədəni həyatın mərkəzi olmuşdur. Xanlığın ticarət mərkəzi kimi İrəvan, XVII-XIX əsrlərdə ticarət karvansaraları, məscidlər, hamamlar, sənətkar məhəllələri ilə seçilirdi. Hər bir məhəllənin öz sənətkarları, öz mədəni irsi vardı: şiləçilər, boyaxçılar, toxucular, dəyirmançılar, çəltikçilər… Bunlar şəhərin iqtisadi həyatının dayaqları idi.

Lakin 1801-ci ildən başlayaraq Rusiya imperiyası tərəfindən işğal edilən torpaqlarda bu mədəni irsə qarşı planlı şəkildə mənfi təsirlər göstərilməyə başlandı. 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra şəhərin demoqrafik və mədəni tərkibində ciddi dəyişikliklər baş verdi.

XIX əsrin sonları və XX əsr başlanğıcında İrəvanda demoqrafik dəyişikliklər və memarlıq soyqırımı

1850-ci illərdə İrəvan şəhərinin yenidən qurulması ilə bağlı ilk planlar hazırlandı. 1863-cü ildə həyata keçirilən layihə çərçivəsində şəhərin türk-müsəlman simvolu olan məscidlərin minarələri, “təhlükə” bəhanəsi ilə sistemli şəkildə söküldü. Göy məscidin minarəsi istisna idi. Əvəzində isə şəhərin ən görkəmli yerlərində erməni kilsələri ucaldıldı. Bu proses şəhərin milli simasını dəyişdirmək məqsədilə aparılırdı. Məhz bu siyasət nəticəsində İrəvanın qədim məscidləri və digər memarlıq abidələri ya tamamilə dağıdıldı, ya da erməni kilsələrinin tikintisinə əvəz edildi. Şəhərin su təminatı da əsasən Zəngi çayı, bulaqlar və kəhrizlərlə təmin olunurdu. 1898-1903-cü illərdə Gedər çayından 19 km uzunluğunda su kəməri çəkildi ki, bu işdə əsas maliyyə mənbəyi azərbaycanlı zənginlər olmuşdur.
Bu dövrdə şəhərin zəngin azərbaycanlı zadəganları – Abbasqulu Xan İrəvanski, Pənah Xan Makinski və Əli Xan Makinski kimi şəxslər memarlıq baxımından şəhərin inkişafına mühüm töhfələr vermiş, Pənah Xan Makinskinin evi və gəlir evləri həm yaşayış, həm də mədəniyyət ocağı kimi xidmət etmişdir. İrəvan 19-cu əsrin sonları – 20-ci əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynadı. 1882-ci ildə Vasaq Məmmədovun “Tamahkarlıq düşmən artırar” pyesi ilə Azərbaycan teatr truppası yaradıldı və yerli əhali arasında böyük rəğbətlə qarşılandı. Cəlil Məmmədquluzadə kimi ziyalılar İrəvanda teatr fəaliyyətində yaxından iştirak edirdi. 1912-ci ildə Mirzəxan Quliyevin rəhbərliyi altında Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun” operası böyük maraqla nümayiş olundu.
Bu illərdə İrəvanda milli ruh, milli mədəniyyət yaşamağa davam edirdi. Lakin siyasi proseslər və 1918-1920-ci illərdə Azərbaycan Milli Şurasının İrəvanın ermənilərə güzəştə getməsi nəticəsində azərbaycanlıların böyük əksəriyyəti şəhəri tərk etmək məcburiyyətində qaldı. 1920-ci ildə Ermənistan SSR-də sovet hakimiyyəti qurulduqdan sonra şəhərin azərbaycanlı əhalisinə və mədəni irsinə qarşı soyqırımı siyasəti başlandı. 1924-cü ildə Aleksandr Tamanyanın hazırladığı baş plan çərçivəsində qədim azərbaycanlı məhəllələri söküldü.
1926-cı ildən başlayaraq memarlıq abidələri və qəbiristanlıqlar məhv edildi, şəhərin azərbaycanlı məhəllələri boşaldıldı. Xaricdən kütləvi şəkildə ermənilərin köçürülməsi başlandı və onlar əsasən İrəvanda məskunlaşdırıldı. Köçürülən ermənilər fərqli dil və mədəniyyətə malik idilər, amma azərbaycanlılarla daha asan ünsiyyət qura bilirdilər.

İrəvanda yaşayan xüsusi etnik qruplardan biri də “Boşalar” idi – Hindistan, İran və başqa ölkələrdən gəlib burada məskunlaşmış erməni qaraçıları. XIX əsrdə 50 minə qədər Boşa İrəvana köçmüşdü. Lakin 20-ci əsrin sonlarında və XXI əsrdə onların sayı demək olar ki, yoxa çıxdı.

1936-cı ildən başlayaraq SSRİ və Ermənistan SSR rəhbərliyi Qərbi Azərbaycanın coğrafi adlarını erməniləşdirməyə başladı. İrəvanın adı “Yerevan” olaraq dəyişdirildi. Bu, şəhərin tarixi kimliyinin silinməsi və tamamilə saxta erməni mədəniyyəti üzərində yenidən qurulması prosesinin bir hissəsi idi.

Yeni məhəllələrin yaradılması və etnik boşluğun doldurulması

Azərbaycanca danışan, tarixi qohumluq bağları olan azərbaycanlıların kompakt yaşadığı məhəllələr boşaldıldı. Onların yerinə “Yeni Maraş”, “Yeni Zeytun”, “Yeni Kilikiya”, “Yeni Butaniya” kimi adlandırılan qondarma erməni məhəllələri salındı. Buradakı sakinlərin əksəriyyətinin şəhərlə heç bir tarixi, mədəni bağlılığı yox idi. Xatırladaq ki, 1964-cü ildə sovet hakimiyyəti uydurma erməni soyqırımının 50 illiyini qeyd etməyə razılıq verdi. 1967-ci ildə “Qanlı təpə”də abidə açıldı. Bu abidə erməniləri nifrət və torpaqlarına yiyələnmə ideologiyası ətrafında birləşdirdi. 1968-ci ildə Urartu kitabələri ortaya çıxarıldı və İrəvanın “Erebuni” kimi qondarma tarixə malik olması iddia edildi. Bu addımlar şəhərin erməni milli kimliyinin yaradılması üçün atılmış strateji addımlar idi.

Azərbaycan mədəniyyətinin İrəvanda mübarizəsi

Azərbaycanlıların sayı azalmasına baxmayaraq, 1960-70-ci illərdə İrəvanda milli ruh yaşamaqda davam edirdi. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı öz fəaliyyətini davam etdirirdi. 1968-ci ildə Hidayət Orucovun rəhbərliyi ilə teatr gücləndi və Ermənistan teatrları arasında seçilən kollektivə çevrildi. Lakin onlara doğma şəhərdə bina verilmir və millətçi münasibətlə qarşılaşırdılar.

İrəvanın gələcəyi və tarixi ədalətin bərpası

İrəvanın azərbaycanlıların mədəni irsindən və milli kimliyindən məhrum edilməsinə baxmayaraq, tarix və zaman həmişə öz hökmünü verir. Qarabağ, Şərqi Zəngəzur və İrəvan kimi qədim torpaqlara qayıdış milli ədalətin bərpasıdır. Gələcəkdə Yerevan yenidən İrəvan olacaq – necə ki, Xankəndi, Ağdərə, Xocavənd öz doğma adlarına qovuşdular.
İrəvan üzərində aparılan etnik, mədəni və memarlıq soyqırımı Azərbaycanın milli kimliyi, tarixi və mədəniyyəti üçün hələ də davam edən bir mübarizədir. Bu mübarizədə hər bir addım, hər bir abidə və hər bir sənət əsəri milli yaddaşımızın qorunması və haqqımızın bərpası üçün böyük əhəmiyyətə malikdir.
(Yazı Media İnkişaf Mərkəzinin icra etdiyi “Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” layihəsi çərçivəsində hazırlanıb)
Azad Nurulu
“Cebheinfo.az”
 

 

Previous Post

Bu cəriməni tez ödəyənlərə güzəşt: Prezident təsdiqlədi

Next Post

Dəməşq administrasiyası dərhal atəşkəs elan edib

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

Dəməşq administrasiyası dərhal atəşkəs elan edib

Kəlbəcərdə 63 yaşlı kişi faciəvi şəkildə öldü

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.