“Hər kəsə məlumdur ki, buğda məhsulu bütün idxal vergilərdən azaddır. Bu öz növbəsində qida təhlükəsizliyini təmin edir və inanıram ki, gələcəkdə yeni texnologiyaların tətbiqi ilə də yeni istehsal artacaqdır”- bu sözləri Elchi.az-a açıqlamasında iqtisadçı alim Emil Qəribli deyib.
Onun sözlərinə görə tam olaraq 100 faiz özümüzü təmin etmək çətin məslədir:” Bütün dünyaya diqqət yetirsək görərik ki, xüsusilə ərazisi kiçik olan dövlətlər üçün bu mümkünsüzdür. Nisbətən asılılığı aradan qaldırmaq üçün müvafiq tədbirlər görülür. Yeni suvarma sistemində də yeniliklər olacağı gözlənilir. Dünya bazarında enerji daşıyıcların, nəqliyyat vasitələrin qiymətləri artdıqca, qida məhsullarına da öz təsirini göstərir. Onu da qeyd edim ki, əvvəlki illərə nisbətən bu il buğdanın qiyməti düşməkdədir”.
Havar Şəfiyeva