ABŞ-ın maliyyə naziri Canet Yellen əmindir ki, 1 trilyon dollar dəyərində sikkə buraxmaq defoltdan qaçmağın real yolu sayıla bilməz.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “The Wall Street” jurnalı yazır.
Onun sözlərinə görə, prezident Co Baydenin administrasiyası belə bir addım atmağa qərar versə belə, proqramın ABŞ mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyatlar Sisteminin rəhbərliyi tərəfindən təsdiqlənməsi ehtimalı azdır.
Yanvarın 19-da Yellen Konqresə bildirib ki, ABŞ-ın milli borcunun ümumi məbləği qanuni maksimuma çatıb və onun agentliyi istiqrazların buraxılması vasitəsilə əlavə borc toplamaq imkanını itirib. 2021-ci ilin dekabrında 31-də 381 trilyon dollar səviyyəsində müəyyən edilmiş milli borc tavanının başqa bir artımı Konqresin təsdiqini tələb edir, lakin Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılarla belə bir təsdiqin əldə edilməsi problemli ola bilər. Bu şəraitdə Maliyyə Nazirliyi tərəfindən görünməmiş dərəcədə böyük dəyərə malik bir sikkənin buraxılması ideyası yeni populyarlıq qazanıb.
Yeganə