"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

“Yeddi oğul istərəm”dəki Cəlal danışır – SÖHBƏT

27 İyul 2014 - 14:53
in MƏDƏNİYYƏT
FacebookVatsap

Gələn ayın 17-də doğum gününü – 64 yaşını qeyd edəcək. Təsadüfə baxın, çox sevdiyi, həyatını qurban teleqraf.com1406372593KİNODAN-BASHLAYAN-QİSQANCLİQverdiyi kinonun da Azərbaycanda yaranma tarixi avqust ayından başlayır.  Daha dəqiqi avqustun ikisindən…Milli Kino Gününə həsr etdiyimiz silsilə yazılardan birini kinomuzda “Uşaqlığın son gecəsi”ndəki Murad, “Yeddi oğul istərəm”dəki “Cəlal”, “Dərviş Parisi partladır”dakı Şahbaz rolu ilə məşhurlaşan, tamaşaçılar xüsusən də qızlar tərəfindən sevilən əməkdar artist Ənvər Həsənova həsr edirik.  O qaraşın, şirin, arıq oğlan xatirinizdədir?     1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyub. Sonra Fəhlə Gənclər Məktəbinə keçir. Səbəbi var idi, çünki 1965-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olmuşdu. O illəri belə xatırlayır: “1965-ci ildə məktəbdə oxuyurdum, rəhmətlik Adil İsgəndərov kinostudiyanın nəzdində kinoaktyor kursunu açdı. Mənim də sənədlərimi o kursa verdilər. Mənim kimi 650-700 nəfər insanın sənədləri toplanmışdı. Tale elə gətirdi ki, bu qədər insanın içərisindən cəmi 56 nəfər kursa seçildi. O 56 nəfərin içində mən də var idim. Oxuduq, bitirdik, başladıq çəkilməyə…Hətta onu deyim ki, kursa daxil olduğum ildən bir il sonra yəni 1966-cı ildə ilk filmimə çəkildim”.  “O mükafatı Azərbaycana ilk dəfə mən gətirdim” Ənvər Həsənov deyir ki, ilk filmində ancaq rəqs edib. Necə? Özü danışır: “Adil müəllim iş üslubunu elə qurmuşdu ki, o vaxt kinostudiyanın rejissorları, ssenaristləri, rəssamları, aktyorları kursda bizə dərs deyirdilər və həmin müddətdə onlar hansısa filmdə çalışırdılarsa mütləq biz təcrübəyə üçün o çəkilişlərə qatılmalı idik. İlk təcrübəmiz Əlisəttar Atakişiyevin çəkdiyi “İstintaq davam edir” filminin çəkilişinə təsadüf etdi. Beləliklə orda rəqs edən cavanların içərisində biz də çəkildik. Bu birinci filmim idi. Elə həmin ildə Şamil Mahmudbəyov “Torpaq, dəniz, od, səma” filmini çəkməyə başladı. Film dörd novelladan ibarət idi, mənim də bəxtimə od novellasında cavan əsgəri canlandırmaq düşdü. Arif Babayevlə isə işbirliyimiz “İnsan məskən salır” filmindən başladı. Mən orda Arif müəllimin yanında rejissor köməkçisi vəzifəsində çalışırdım. Elə o vaxtdan da Arif müəllim deyirdi ki, səni filmə çəkəcəm. Günlərin bir günü o məni yanına çağırdı ki, gəl, filmə başlamışam, səni çəkmək istəyirəm. O vaxt bir rola 20-30 nəfəri dəvət edirdilər, sınaq məşqləri olurdu, sonra məşvərət edib, qərarı açıqlayırdılar. Mən gələndə artıq roluma çoxlu sayda insanların sınağa çağırıldığını gördüm. Arif müəllim ürəyində o rola mənim çəkilməyimi istədiyinə görə məni axıra saxladı. Gələn kimi məni görən məşvərət komissiyası dedi ki, elə bu oğlanı çək, onda Arif müəllimin sevincinin həddi-hüdudu yox idi. Film 1968 –ci ildə təhvil verildi, 1969-cü ildə beynəlxalq kino festivalında birdən-birə beş diplom aldıq: “Ən gözəl ssenari”, “Ən yaxşı operator”, “Ən yaxşı rejissor”, “Ən yaxşı bəstəkar”, və “Ən yaxşı kişi rolu”. Sonuncu nominasiya üzrə mükafatı Azərbaycana mən gətirdim. Aləm dəydi bir-birinə, elə ondan sonra mənim üçün qapılar açıldı: həm çəkildim, həm işlədim. Bir il olsun işsiz qalmırdım. Elə vaxtım olurdu, illərlə məzuniyyətə çıxa bilmirdim”.  “Çənəm partlamış, dodağım  şişmiş gəldim yanına…” “Məni tanıyanlar bilir ki, mən hər zaman dostlarımın, ürəyim istəyən insanların ətrafında olmuşam. Çox dələduz idim, İçərişəhərdə qalırdım. Arif Babayev də İçərişəhərdə yaşayırdım, dələduzluğumu bildiyindən mənə göz-qulaq olurdu. Həmişə hara gedirdimsə deyirdi özündən muğayat ol. Elə bil ürəyinə danmışdı…Günlərin biri günü çəkilişdən sonra dostlarımla bulvardakı Venesiya deyilən yerdə məkanda oturub çay içirdik. Ürəyimizdən şampan keçdi. Dostlarımızdan biri şampan üçün köhnə “İnturistə” getdi və gətirdi. Elə butulkanı stolun üstünə qoymağı ilə təlaşla çölə çıxmağı bir oldu. Narahat olduq, biz də ardınca getdik. Nə görsək yaxşıdı? Tək üç nəfərə qarşı durub…Biz sayca onlardan çox idik, ədalətli olsun deyə qərara aldıq ki, üç nəfər üç nəfərə qarşı dalaşsın. Elə də etdik və birdən içərilərindən birinin cibindən beşbarmaq çıxartdığı gördüm. Mən onun əlindən necə tutdumsa, o da necə hərəkət etdisə beşbarmaq çənəmdən dəydi, çənəm partladı. Baxın, (əli ilə çənəsini göstərərək) hələ də izi qalıb. Səhər də çəkilişdə olmalıyam. Əlacım nə idi, çənəm partlamış, dodağım şişmiş formada gəldim çəkilişə. Amma dəsmalla əlimi tutmuşam çənəmin üstünə ki, kimsə görməsin. Arif müəllim neçə dəfə dedi ki, Ənvər əlini üzündən çək. Mən də birini çəkib, o birisini qoyuram üstünə…Axır məcbur olub çəkdim, Arif o vəziyyətdə saxlamaq olardı. Dedi: “Vay vay, Alə Fikrət deməmişəm Ənvəri tək buraxmayın. Bundan sonra yanında həmişə adam olacaq”. Həmin gün çəkiliş olmadı, bir həftə gözlədilər ki, çənəm sağalsın…” İmtina etdiyi rollar  Aktyor deyir ki, rollarına qarşı həssas davranıb. Elə təkliflərə də… “Hər sənətkarın ssenariyə öz münasibəti olur. Mən ssenarini oxuyurdum, əgər görürdüm ki, ürəyimdə təlaş var, tüklərim biz-biz dayanır, onda hiss edirdim ki, bu obraz mənimdir. Yox əgər ürəyim ssenaridəki obraza qarşı biganə qalırdısa deyirdim ki, bağışlayın, bu rolu oynamayacam. Bir –iki dəfə belə imtina etdiyim rollar olub. Allah rəhmət eləsin Tofiq Tağızadəyə…Günlərin bir günü yığıncaqda idik, biri qalxdı ayağa dedi Tofiq müəllim bu qədər film çəkmisiniz, deyin ən çox ürəyinizə yatanı hansıdır? Tofiq müəllim nə desə yaxşıdır: “Ay qardaş o filmi də, bu filmi də mən çəkmişəm. Hamısına ürəyimin yarısını qoymuşam. Necə ola bilər deyim ki, bu filmi o birindən çox istəyirəm”. Yaratdığım təxminən 42 obraz mənim ürəyimdən keçən obrazlardır. Balaca və böyüklüyündən asılı olmayaraq hər birinə öz ürəyimin yarısını qoymuşam. Fikirləşirəm ki, yaxşı oynadığıma görə bu gün də tamaşaçıların mənə qarşı olan hörməti-izzəti, sevgisi qalıb. Görün neçə illər keçib o filmlərin üzərindən? İndiyə kimi məni Cəlal, Murad kimi çağırırlar”.      Parisi partladandan üzü bəri sevgi ilə keçən illəri Ənvər Həsənov gələcək həyat yoldaşı- Möminat Qurbanovanı kinoda tapır. Maraqlı bir tarixçədir onların həyat hekayəti və qəribə bir sonluğu var. Amma buna son demək olarmı? Əsla…Ənvər Həsənov “Yeddi oğul istərəm” filminə çəkiləndə Möminat məktəbdə oxuyurdu, Cəlal obrazına və özünə yəni Ənvər Həsənova vurulmuşdu. Elə buna görə Cəlalın fotosunu otağının divarına yapışdırıb.  Onun aktrisa olmaq istəyi də Ənvərlə birgə filmə çəkilmək arzusundan başlayır. Və tale onları 1977-ci ildə “Dərviş Parisi partladır” filminin sınaqlarında qarşılaşdırır. Aralarında çox tez münasibət yaranır və film bitməmiş nişanlanırlar. Sonra isə vağzalı çalışır, yuva qururlar. Ənvər Həsənov deyir ki, Möminatın aktrisa kimi filmlərdə çəkilməyini istəməyib. Yalnız bir dəfə onun “saqqızı”nı oğurlayıb “Qanlı zəmi” filminə çəkirlib Möminatı.  Beləcə, üç filmə çəkilir gözəl aktrisa. Elə üçünə də Ənvər Həsənovla birgə. Amma üçüncü film ekranlara çıxmayıb. Bunu ancaq Ənvər müəllim bilir. Həyat firavan, gözəl, sevgi içində keçir ta o qəribə faciənin yaşandığı ana qədər. Bir gün Nabrandan qayıdanda Ənvər Həsənovun idarə etdiyi avtomobil qəzaya uğrayanda Möminat xanım da orda olur. Qəzanın baş verməyi ilə Möminatın dünyadan köçməyi bir olur…50 yaşını yenicə qeyd edən Möminat Qurbanova əbədiyyata qovuşur.   Peşmanlıqmı, qürurmu? “1990-ci ildən 2001-ci ilə kimi kino üçün çox ağır dövr oldu. Həddindən artıq az kino çəkilirdi, kinostudiya demək olar ki, fəaliyyət göstərmirdi. Buna baxmayaraq iki-üç gündən bir bizim köhnə işçilərimiz yığışırdıq, kinostudiyanın həyətindəki çayxanada otururduq, buranın havasını alıb, çıxıb gedirdik. İndi 64 yaşım var, zarafat deyil. Bu 64 yaşımda hansısa idarədə işləsəydim hər şeyə nail olardım. Gələn il kinostudiyaya gəlişimin 50-ci ili tamam olacaq. Bu illər ərzində təxminən 42 filmə çəkilmişəm, qalanında ikinci rejissor kimi fəaliyyət göstərmişəm. Hazırda isə burda kino şöbəsinin rəhbəriyəm. Çox təəssüflər olsun ki, burda işləyən insanların hamısı fanatikdir. Özünü işə qurban verən, sənətini sevən insanlardır. Ona görə necə ola bilər ki, buranı atıb harasa gedək. Əgər kinostudiyanın fəaliyyət göstərmədiyi anda biz gəlib burda nəfəs alırdıqsa, buranın abu-havasını udurduqsa yəqin ki, elə meyidimiz də buradan çıxacaq (gülür).  O xalq artisti yox, xalqın artistidir. Ənvər Həsənov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Qəribədir, necə ola bilər ki, 50 ilə yaxın  Azərbaycan kinosunda işləyən 70-dən çox filmdə çalışan aktyora hələ də Azərbaycan xalq artisti adı verilməyib. Deyir hamı onu xalq artisti bilir: “Maraqlıdır ki,  hamı elə bilir mən xalq artistiyəm. Mən də zarafatla deyirəm ki, mən xalq artisti yox, xalqın artistiyəm. Bir az adama pis təsir eləyir. Fikirləşəndə ki, mənim çəkdiyim əzab- əziyyəti çəkməyən biri isə artıq çoxdan bu adı alıb, bu adama təsir edir”.  “Görək bu il nə olacaq?” Qarşıdan gələn Milli Kino Gününü xatırlayırıq: “Elə bir sənət yoxdur ki, onun yubileyi ilə bağlı xatirə gecələri keçirilməsin, bayram olmasın. İçi mən qarışıq kino işçilərimiz böyük sevinclə Azərbaycanın kino gününü gözləyirik. Gözləyirik ki, bizim sənətə, əzab-əziyyətimizə də qiymət verəcəklər. Görəndə ki, münasibət başqadır, insanın ürəyi də soyuyur. Beş ildir ki, gözləyirik, görək bu il nə olacaq? Yəqin ki, özünüz də yaxşı bilirsiniz ki, o təmtəraqla keçmir bizim kino bayramımız. Verilən mükafatlar, hörmət-izzət təəssüflər olsun ki, kino işçilərindən bir az uzaqdır”.  “Sən baxma ha, mən indi beləyəm” Soruşuram “Ənvər müəllim, niyə filmlərə çəkilmirsiniz. Kinostudiyada işləyə-işləyə…” Heç gözləmədiyim cavabı verir: “İnsan yaşa dolduqca bədən quruluşu da dəyişir. Mən istəmirəm tamaşaçı məni belə görsün (Əli ilə qarnını göstərir) İki il yarımdır ki, işləmirəm, qarnım çıxıb…Mən də pivə sevən adam…Çəkiləndə həmişə formada olurduq. Çəkilməyəndə formanı saxlamaq çətin olur. İki il bundan öncə “Sübhün səfiri”ndə oynadım. Xahiş etdilər ki, orda Hətəmxan ağanı canlandırım. Gördüm həqiqətən bədəncə Hətəmxan ağaya oxşayıram. Qarınla çəkilmərəm, çəkiləndə də deyirəm elə çəkin görünməsin”. “Formanı saxlaya bilmirsiniz” deyib sanki məzəmmət edirəmmiş kimi…” Sən baxma, mən indi beləyəm. Mən aktyor kimi hər zaman formamı qorumuşam. At çapmışam. İndi yollar təmirdə olduğuna görə ata da gedə bilmirəm. Yollar hazır olsun, gedib ata minəcəm, bir aydan sonra yenə də formada olacam”.  “Adresimi dəyişmişəm” Söhbəti bitiririk son akkordları vururam. Soruşuram ki, Ənvər müəllim qızlar yenə məktub göndərir? Gülür və deyir: “İndi daha yox. Adresimi dəyişmişəm” (gülür).

Bunu da oxuyun

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur

Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək

Nərmin Muradova 

Previous Post

“Yeddi oğul istərəm”dəki Cəlal danışır – SÖHBƏT

Next Post

“Akif Səməd ölməyib, aramızdadır”

Bənzər yazılar

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

19 Oktyabr 2026 - 15:08

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Elchi.az-a qurumdan məlumat verilib. Bildirilib...

Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur

Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur

19 Oktyabr 2026 - 12:14

XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib. Elchi.az xəbər verir ki, mətbuat konfransında çıxış edən mədəniyyət nazirinin müşaviri...

Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək

Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək

19 Oktyabr 2026 - 11:55

Mədəniyyət Nazirliyi Kitab mükafatını bu il elan etmək istəyirdi, müəyyən maliyyə məsələləri yekunlaşmadığından alınmadı. Elchi.az xəbər verir ki, bunu XII Bakı...

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub

17 Oktyabr 2026 - 10:14

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub. Elchi.az xəbər verir ki, builki sərginin...

Next Post

“Akif Səməd ölməyib, aramızdadır”

“Akif Səməd ölməyib, aramızdadır”

Son xəbərlər

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

27 Oktyabr 2026 - 20:33
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.