Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan Elchi.az-a bildirilib ki, bu günə qədər 6547 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 531 nəfərin müraciəti natamam olub, 430 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 400 nəfərin müraciətinə imtina cavabı verilib, 228 nəfərin müraciəti isə banka yönləndirilib.
Yaz sessiyası üzrə 4958 nəfərə TTK verilib. Onların arasından 1728 nəfərin müraciəti sosial TTK, 3257 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib
Millik Kibertəhlükəsizlik Agentliyi (MKA) soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edir. Millik Kibertəhlükəsizlik Agentliyindən Elchi.az-a verilən məlumata görə, son həftələrdə Avropanın...





















Son şərhlər