Yasamalda törədilən qətlin üstü açıldı

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elchi.az-a bildiriblər ki, yanvarın 14-də Bakı şəhər sakini Şahin Ələsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat daxil olub.
Dərhal rayon Polis İdarəsi və prokurorluğu əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vidadi Rzayev saxlanılaraq istintaqa cəlb olunub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.