Yasamalda QƏTL: Arvadına 6 bıçaq vurdu

🗓 01.02.2018 10:34 ✍️ "Elçi" qəzeti
Yasamalda QƏTL: Arvadına 6 bıçaq vurdu

bicaq66.jpg

Bakıda bıçaqlanma olub.

Elchi.az APA-ya istinadən xəbər verir ki, qanlı hadisə Bakının Yasamal rayonunda baş verib. Məlumata görə, 1989-cu il təvəllüdlü Babazadə Şahnun Şahin qızı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti kafi qiymətləndirilir. Müəyyən edilib ki, 29 yaşlı qadın yaşadığı Zərdabi küçəsindəki evdə həyat yoldaşı ilə mübahisə edib. Münaqişə nəticəsində qadının 6 bıçaq xəsarəti aldığı deyilir. Hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.

Bənzər yazılar