Yaponiyada 2022-ci ildə keçmiş Baş nazir Şinzo Abenin sui-qəsdində şübhəli bilinən Yamaqami Tetsuya ömürlük həbs cəzasına məhkum edilib.
Elchi.az xəbər verir ki, Dövlət televiziyası NHK-nin məlumatına görə, hökm Nara Rayon Məhkəməsində 2022-ci ilin iyul ayında keçmiş Baş nazir Abenin sui-qəsdi ilə bağlı iş üzrə çıxarılıb.
Hökm iclasında çıxış edən Yamaqaminin vəkili şübhəlinin “dini qrup tərəfindən zərər gördüyünü” və uşaqlığının onu “Abeni öldürməyə” sövq etdiyini iddia edərək həbs cəzasının 20 ildən çox olmamasını iddia edib.
Nara Rayon Məhkəməsinin sədrlik edən hakimi Tanaka Şiniçi Yamaqaminin kollegiyanın qərarına uyğun olaraq ömürlük həbs cəzasına məhkum edildiyini açıqlayıb.
Şayəstə





















