Yaponiyanın “Tan Tan” adlı ən yaşlı pandasının 28 yaşında öldüyü bildirilib.
Elchi.az xəbər verir ki, Dövlət televiziyası NHK pandanın ürəyinin dayanması nəticəsində öldüyünü açıqlayıb.
“Tan Tan” 2000-ci ildə, 1995-ci ilin yanvarında, ictimaiyyət arasında “Kobe zəlzələsi” kimi tanınan Böyük Hanşin zəlzələsindən sonra icarə müqaviləsi ilə şəhərə gətirildi. Bildirilib ki, məqsəd panda ilə təbii fəlakətdə zərər çəkən şəhər sakinlərinə təsəlli vermək olub.
Nuranə Məmmədova