Qərbi Nil Virusu Şimali Makedoniyada ölümə səbəb olub. Virus səbəbindən dörd nəfər ölüb.
Elchi.az xəbər verir ki, paytaxt Skopyedəki İctimai Səhiyyə Qurumunun Yoluxucu Xəstəliklər və Qızdırmalı Vəziyyətlər Universitet Klinikasının direktoru Fadil Cana, ölkədə Qərbi Nil virusu ilə bağlı vəziyyətlə bağlı mətbuata açıqlamalar verib.
Cana bildirib ki, indiyə qədər ölkədə Qərbi Nil virusundan 4 nəfər ölüb və 5-i reanimasiyada olan 20 xəstə müalicələrini davam etdirir.
Cana bildirib ki, ölkədə Qərbi Nil qızdırmasına yoluxan 15 xəstə sağalıb və klinikadan evə buraxılıb.
Bu arada, ölkədə Qərbi Nil virusundan ölənlərin yaşlarının 83, 76, 72 və 61 olduğu qeyd edilib.
Digər tərəfdən, 12 avqustda Skopyedəki Kisela Voda, Qazi Baba, Aerodrom, Butel və İlinden bələdiyyələrində Qərbi Nil virusu səbəbindən epidemiya elan edilib.
Məryəm





















