İsrail mediası İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğunun binasını “bombalamasına” cavab verməklə hədələməsindən sonra Böyük Təl-Əviv Bölgəsində yerli hakimiyyət orqanlarının sığınacaqlar açmağı nəzərdən keçirdiyini bildirib.
Elchi.az xəbər verir ki, İsrail mərkəzli “Walla” saytındakı xəbərdə, təhlükəsizlik gərginliyindən sonra Quş Danda (Böyük Tel-Əviv Bölgəsi) bir çox yerli hakimiyyətin bu gecə sığınacaq açmağı düşündüyü bildirilib.
Kanal 12 televiziyasının məlumatına görə, İsrail Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) keçmiş direktoru Amos Yadlin, ” İran İsrailə birbaşa raket atsa, təəccüblənmərəm”-deyib.
“Maariv” qəzeti İranın tezliklə qisas alması ehtimalı səbəbindən İsrail Hərbi Hava Qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini yazıb.
Kanal 13-ün hərbi şərhçisi Alon Ben David deyib: “İsrail iranlıların əvvəlki dövrlərə nisbətən bu dəfə cavab verməkdə daha qətiyyətli olduğunu bilir”- qiymətləndirməsini edib.
Dünən İsrail ordusu İranın aprelin 1-də Dəməşqdəki konsulluq binasına hava hücumundan sonra hava hücumundan müdafiəni gücləndirmək üçün ehtiyat əsgərlər çağıracağını açıqlayıb.
Nuranə Məmmədova