Yaponiyanın Çiba prefekturasının hakimiyyət orqanları “Yuanyanq” qasırğası nəticəsində sürüşmə təhlükəsi ilə əlaqədar 160 minə yaxın sakinin təxliyəsi barədə göstəriş verib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qasırğanın yaxınlaşması ilə əlaqədar bəzi ərazilərdə qatarların hərəkəti dayandırılıb, yüksək sürətli yollar bağlanıb. Bəzi təhsil müəssisələri sentyabrın 8-i dərsləri ləğv etmək qərarına gəliblər.
Bundan əvvəl Filippində yarım milyondan çox insanın “Haiku” və “Saola” tayfunlarından zərər çəkdiyi bildirilirdi. Təbii fəlakətlər bu və ya digər şəkildə səkkiz rayona, 28 əyalətə, 193 şəhər və bələdiyyəyə təsir edib.
Havar Şəfiyeva