Nyu-York meri Erik Adams ictimai çıxışı zamanı bildirib ki, qeyri-qanuni miqrantların böyük axını şəhəri məhvə aparır. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Adams qeyd edib ki, Nyu York hər ay on min miqrant qəbul edir. O, həmçinin şikayət edib ki, əvvəllər hakimiyyət Venesueladan gələn qaçqınlarla məşğul olduğu halda, indi şəhərə Ekvadordan qeyri-qanuni miqrantlar, eləcə də Meksikadan gələn rusdillilər və Qərbi Afrika nümayəndələri gəlir. Onların hamısı, merin sözlərinə görə, ABŞ-a cənub sərhədindən daxil olurlar.
Havar Şəfiyeva